Pleyeri seçin:

“Qarabağ” mahnısına reaksiyamız faşizmdir | Erməni politoloq Paşinyana od püskürdü

04 fevral 2025 395 baxış

Ermənistanın paytaxtı İrəvanın mərkəzi Respublika meydanında “Qarabağ” mahnısının güney azərbaycanlılar tərəfindən səsləndirilməsi ətrafında erməni “şərhləri” davam edir.

Erməni politoloq Argişti Kiviryan bu mahnının səslənməsi ilə Azərbaycan liderinin Ermənistanda faşizm olması barədə sözlərinin üst-üstə düşməsini “təsadüfi” saymayıb.

Buna baxmayaraq, bu məqamda ermənilərin faşist kimi göründüyünü də etiraf edib:

“İlham Əliyevə bu ritorikanı inkişaf etdirməyə imkan verəcək vəziyyət yaranıb. Mən istisna etmirəm ki, türklərə müxtəlif səbəblər verilir. Baxmayaraq ki, müharibəyə başlamaq üçün onlara böyük ölçüdə səbəblər lazımdır, ancaq bu, effekti artırır. Türkiyə və Azərbaycanın əhatəsində olan, hakimiyyətdə Paşinyanın olduğu Ermənistan cəmiyyəti tələyə düşməmək üçün diqqətli olmalıdır. Mən təsadüflərə inanmıram”.

O bildirib ki, təxminən eyni şey 2018-ci ildə hakimiyyət gümüş nimçədə Nikol Paşinyana təhvil verilərkən də yaşanıb:

“Hakimiyyəti təslim edənlər başa düşdülər ki, 2016-cı ildən bəri masada iki məsələ var: 5 rayonun qaytarılması, ya da müharibə. Hakimiyyətin təhvil verilməsindən sonra müxtəlif platformalarda Paşinyanın torpaqları təhvil verməyə gəldiyi barədə bəyanatlar səsləndirildi. Hər şey elə edildi ki, Paşinyan 5 rayonu “təslim etmək” haqqında düşünməsin və o da müharibəni seçdi. Eyni zamanda Paşinyan bunu qismən etiraf etdi və belə bir seçim Qarabağın itirilməsinə və çoxsaylı qurbanlara səbəb oldu. Amma bu, Paşinyana haqq qazandırmır, çünki ölkə rəhbərliyini üzərinizə götürürsünüzsə, deməli, məsuliyyət daşıyırsınız. Paşinyan bunu inadla qəbul etmir. 44 günlük müharibədə məğlubiyyətin tam məsuliyyətini məhz o daşıyır. Əgər bunu edə bilmirdinsə, istefa verməli idin”.

Qeyd edək ki, Ermənistan MTX-nin məlumatına görə, Respublika meydanında “Qarabağ” mahnısını oxuyanlar 30 dekabr 2024 – 3 yanvar 2025-ci il tarixlərində İrəvanda olan İran vətəndaşları, güney azərbaycanlılardır. Bu ifanı xüsusi statusla paylaşan Qərib Babayana qarşı “nifrət, ayrı-seçkilik, dözümsüzlük və düşmənçiliyin qızışdırılması” ittihamı irəli sürülsə də, o, həbs olunmayıb və polis nəzarətinə verilib.

İrəvanın mərkəzində “Qarabağ” mahnısını ifa edənlərdən biri – Milard Vahidini isə 1 fevralda tamamilə başqa ittihamla şərləyərək həbs ediblər. Guya o, İrəvanda ictimai nəqliyyatda asayişi pozub və bir neçə ermənini döyüb.

Banner
“Sizin üçün gözəl evlər tikilib” | Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı - Baku TV

“Sizin üçün gözəl evlər tikilib” | Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı - Baku TV

Siyasət
06 noyabr 2026 395 baxış
"Haber Global"dan Prezident İlham Əliyevin Qarabağ səfəri ilə bağlı süjet - Baku TV

"Haber Global"dan Prezident İlham Əliyevin Qarabağ səfəri ilə bağlı süjet - Baku TV

Siyasət
06 noyabr 2026 395 baxış
"Sizi təbrik edirəm" | Prezident və birinci xanım Zəngilanda sakinlərlə bir arada - BakuTV

"Sizi təbrik edirəm" | Prezident və birinci xanım Zəngilanda sakinlərlə bir arada - BakuTV

Siyasət
06 noyabr 2026 395 baxış
Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında - Baku TV

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında - Baku TV

Siyasət
06 noyabr 2026 395 baxış
Naxçıvanla bağlı yeni qərar: Bakıdakı daimi təmsilçilik ləğv edildi - Baku TV

Naxçıvanla bağlı yeni qərar: Bakıdakı daimi təmsilçilik ləğv edildi - Baku TV

Siyasət
06 noyabr 2026 395 baxış
Zəngəzur dəhlizi risk altındadır

Zəngəzur dəhlizi risk altındadır

Siyasət
06 noyabr 2026 395 baxış
“Sadəcə Ermənistana deyil...” | TRIPP ABŞ-İran qarşıdurmasının yeni cəbhəsinə çevrilir? - Baku TV

“Sadəcə Ermənistana deyil...” | TRIPP ABŞ-İran qarşıdurmasının yeni cəbhəsinə çevrilir? - Baku TV

Siyasət
06 noyabr 2026 395 baxış
Prezident və birinci xanım Cəbrayılda | Soltanlının birinci məhəlləsinin açılışı - Baku TV

Prezident və birinci xanım Cəbrayılda | Soltanlının birinci məhəlləsinin açılışı - Baku TV

Siyasət
06 noyabr 2026 395 baxış
Zəngilanın Cahangirbəyli və Cəbrayılın Soltanlı kəndlərinin birinci mərhələsinin açılışı olub

Zəngilanın Cahangirbəyli və Cəbrayılın Soltanlı kəndlərinin birinci mərhələsinin açılışı olub

Siyasət
06 noyabr 2026 395 baxış
Bu gün Azərbaycan Televiziyası və Radiosu Günüdür | Trampdan mühüm açıqlama - YENİ BİR SƏHƏR

Bu gün Azərbaycan Televiziyası və Radiosu Günüdür | Trampdan mühüm açıqlama - YENİ BİR SƏHƏR

Siyasət
06 noyabr 2026 395 baxış
Seçilmişlər
icon