Qarabağda beş separatçı məhv edildi
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Ordusu Qarabağda əsgərimizin yaralanmasından sonra erməni separatçılarına qarşı “Qəzəb” əməliyyatı keçirib.
Əməliyyat nəticəsində qanunsuz hərbi birləşmələrin 5 üzvü məhv edilib. Ancaq qanunsuz hərbi birləşmələr tərəfindən yeni təxribatlara hazırlıqlar getdiyi bildirilir. Belə olarsa, ordumuz sərt və adekvat cavablar verəcək, qanunsuz birləşmələrin hərbi infrastrukturunu məhv edəcək.
Qeyd edək ki, iyunun 27-si saat 20:05-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərimizdəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən ordumuzun Ağdamın Qalayçılar kəndi istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub. Atəş nəticəsində hərbi qulluqçumuz Əli Bəkirov yaralanıb.
Bu hadisə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqton görüşü ərəfəsində Qarabağdakı qanunsuz hərbi birləşmələr tərəfindən məqsədyönlü şəkildə törədilən təxribatdır. Məqsəd sülh müqaviləsi imzalanması istiqamətində ABŞ-nin dəstəyi ilə aparılan danışıqlara kölgə salmaq və neqativ ab-hava yaratmaqdır.
Qanunsuz hərbi birləşmələri təxribata Rusiya sülhməramlılarının təşviq etdiyi istisna olunmur, çünki bu qüvvələr sülhməramlıların tam nəzarətində olan ərazidə fəaliyyət göstərirlər. Qarabağdakı terrorçu rejim birbaşa Rusiya sülhməramlılarının nəzarətindədir. Baş verən təxribatda Laçında qurulan postu “blokada” kimi təqdim edərək terrorçulara dəstək verən bir sıra korrupsioner Qərb siyasətçiləri və təşkilatlarının da məsuliyyəti var. Bu təxribat ermənipərəst və islamofob qüvvələrin, Avropa Parlamenti daxilindəki bəzi dairələrin maraqlarına cavab verir.
#Azərbaycan Ordusu teqi istifadə olunub
- 62 nəfərlik qrupun aqibəti - QARABAĞ XRONİKASI
- Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür - Baku TV
- Oktyabrın 17-si Füzuli Şəhəri Günüdür - Baku TV
- Hadrut uğrunda döyüş: Paşinyanın hesablamaları niyə alt-üst oldu? - QARABAĞ XRONİKASI
- Azərbaycanın yeni müdafiə strategiyası: ordu üçün nə dəyişəcək? - AKTUAL GÜNDƏM
