Pleyeri seçin:

Qarabağda kütləvi məzarlıqlardakı insanlar müxtəlif üsullarla qətlə yetirilib

30 avqust 2023 84 baxış

Azad edilən ərazilərdə aşkarlanan kütləvi məzarlıqlardan 500-ə yaxın insan qalığı tapılıb.

Bu barədə Ombudsmanın Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş azərbaycanlılarla bağlı hesabatında qeyd olunub.

Sənəddə bildirilir ki, bu günə qədər aparılan eyniləşdirmələr nəticəsində 4000-ə yaxın itkin düşmüş hesab edilən şəxsdən 15-nin şəxsiyyəti müəyyən edilərək onların qalıqları ailələrinə təhvil verilib, adətlərə uyğun dəfn mərasimləri keçirilib.

Kütləvi məzarlıqlarda aşkar edilən qalıqlardan 4-ü mülki şəxslərə, qalanlar isə hərbi qulluqçulara aiddir.

Hesabatda o da vurğulanıb ki, 1998 və 2001-ci illərdə BQXK-nin təqdim etdiyi məktublarda 54 azərbaycanlının adı çəkilib və sağ olduğu təsdiqlənib. Həmin məktublarda Ermənistan hərbçilərinin əsir-girov götürdüyü 54 Azərbaycan vətəndaşına Ermənistanda və Qarabağ ərazisində saxlanıldıqları yerlərdə komitənin nümayəndələri baş çəkib və onlar bu qurumun rəsmi qeydiyyatına alınıblar. Lakin sağ olduqları təsdiq edilən həmin 54 nəfər də daha sonra Ermənistan hərbi-siyasi rəhbərliyi tərəfindən qətlə yetirilib.

“Onlardan sadəcə 17-nin nəşi qaytarılıb, 6-sı qadın olmaqla, 33 nəfərin saxlanma yerində öldüyü bildirilsə də, nəşləri qaytarılmayıb, 4 nəfərin sonrakı taleyi barədə ümumiyyətlə məlumat verilməyib”, – deyə hesabatda qeyd olunub.

Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının açıqladığı sənədlərə istinadən qeyd etmək lazımdır ki, Ermənistan silahlı birləşmələrinin Azərbaycan ərazilərini işğalı zamanı əsir və girov götürülən Azərbaycan vətəndaşlarına nəinki qeyri-insani münasibət göstərilib, onlar hətta bir sıra müxtəlif məqsədlər üçün istifadə olunublar.

Hesabatda qeyd olunub ki, soydaşlarımız erməni mülki əhalisinin ixtiyarına verilərək meydanlarda nümayişkaranə şəkildə alçaldılıb və təhqir ediliblər, xüsusən zərərli istehsal sahələrində qul kimi istifadə olunublar.

“Erməni soyqırımı”nın anım günlərində və döyüşlərdə həlak olan terrorçu-quldur dəstəsi üzvlərinin və Ermənistan əsgərlərinin məzarı üzərində qurban kəsiliblər. İşğal olunmuş yaşayış məntəqələrində tarixi abidələrin, qəbiristanlıqların, evlərin və inzibati binaların sökülməsində, talan olunmasında, başqa sözlə, vandalizm aktlarında istifadə ediliblər. Biri-birinə qarşı fiziki və qeyri-əxlaqi əməllər törətməyə təhrik ediliblər və s.

Həmçinin erməni xüsusi xidmət orqanlarının əsir-girovların hədə-qorxu və şantaj vasitəsilə Azərbaycana qarşı terror-təxribat əməlləri törətməyə təhriki faktları da mövcuddur”, – deyə hesabatda əlavə edilib.

Banner
Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Siyasət
28 oktyabr 2026 84 baxış
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 84 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 84 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 84 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 84 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 84 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 84 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 84 baxış
Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Siyasət
28 oktyabr 2026 84 baxış
Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Siyasət
28 oktyabr 2026 84 baxış
Seçilmişlər
icon