Qarabağdakı yenidənqurma işləri macar ekspertini təəccübləndirdi
Yeniliklərdən dərhal xəbərdar olun
“Qarabağ çox gözəldir. Biz dağlıq əraziyə, Xankəndiyə getdik. Mən dağları olmayan bir ölkədən gəldiyim üçün ilk diqqətimi cəlb edən insan əli dəyməmiş təbiət, hündür dağlar oldu”.
Bunu Baku TV-yə müsahibəsində Macarıstanın Con Lukas İnstitutunun tədqiqatçısı Zoltan Egeresi deyib.
“Xankəndinin mərkəzini gəzdik, Qarabağ Universitetində olduq. Bura sanki reabilitasiya olunub. Yenidənqurma işləri, infrastruktur layihələri insanı həyəcanlandırır. Universitetdə elmi müzakirələrimiz də oldu. Bir neçə il bundan əvvəl Qarabağa səfər etmişdim, Şuşada olmuşdum. Budəfəki səfərimdə fərqi hiss edə bildim. İcra olunan infrastruktur layihələri, artıq istifadəyə verilən “Zəfər yolu” bura qayıdan sakinlərin həyatını asanlaşdırır”, − deyə o bildirib.
#Macarıstan teqi istifadə olunub
- Macarıstanın əsas şərti Avropa İttifaqını çıxılmaz vəziyyətə salacaq? - Baku TV CANLI
- Balıq hovuzlarının suyundan quraqlığa qarşı mübarizədə istifadə olunur
- Rusiya Macarıstanın addımına diplomatların çıxarılması ilə cavab verdi - Baku TV CANLI
- Festival zamanı Macarıstanın Baş nazirinin üzünə içki atılıb
- Macarıstanda elektrik stansiyasının gücü azaldılıb
