Qərb Ermənistandan Azərbaycana qarşı istifadə etmək istəyir
Yeniliklərdən dərhal xəbərdar olun
Nikol Paşinyana birtərəfli qaydada tribuna vermək Avropa Parlamentinin riyakarlığının real nümunəsidir.
Yarandığı gündən ayrı-ayrı ölkələrin, daha uzun müddət ərzində Sovet Rusiyasının əlində oyuncaq olan Ermənistan adlı terrorçu dövlət öz ağasını dəyişdirmək üçün dəridən-qabıqdan çıxır.
Baş nazir Nikol Paşinyanın Avropaya bu qədər sərt dönüşü və qoca qitənin bəzi qütblərində ona göstərilən isti münasibətin Qərbin demokratiya istəyi ilə heç bir bağlılığı yoxdur. Bu o, N.Paşinyandır ki, Ermənistandakı bütün rəqiblərini ya həbsxanalara atdırıb, ya da ölkəsindən didərgin salıb.
Belə bir real vəziyyətdə işğalçı Ermənistanın Baş nazirinə göstərilən “doğma münasibət” özündə çox qaranlıq məqamları əks etdirir. Mövcud vəziyyət açıq göstərir ki, Baş nazir Nikol Paşinyanın Avropa Parlamentində bu qədər təmtəraqla qarşılanmasının təməlində Ermənistan hökumət rəhbərindən Azərbaycana qarşı siyasi təzyiq vasitəsi kimi istifadə etmək dayanır.
N.Paşinyan Avropa Parlamentindəki çıxışı ilə bir daha təsdiqlədi ki, o, hələ də Azərbaycanın regionda sülh, sabitlik, inkişaf və birgəyaşayış kompleksi təsis etmək üçün yaratdığı tarixi şəraiti, imkanı və şansı düzgün qiymətləndirə bilməyib.
#Nikol Paşinyan teqi istifadə olunub
- Paşinyan hakim partiyanın yüksək nəticəsindən razı qalmayıb, dövlətyönümlü müxalifətin formalaşmasını vacib sayır
- Paşinyan “üçbaşlı müharibə partiyası” deyəndə kimləri nəzərdə tutur? - Baku TV CANLI
- “Əgər məqsəd sülhdürsə, o zaman...” | Paşinyanın 2031 sözündən sonra 2028-i göstərməsi nə deməkdir?
- Paşinyan gah sülhə tələsir, gah da onu gecikdirir
- Paşinyan Konstitusiyanı dəyişmək üçün növbədənkənar seçkilərə gedir? - AKTUAL GÜNDƏM
