Qərbdən Ermənistana nota
Yeniliklərdən dərhal xəbərdar olun
Beynəlxalq təşkilatların nümayəndələri, Qərb ölkələrinin İrəvandakı bir neçə səfiri Ermənistanın hakim “Mülki Müqavilə” Partiyasına etiraz notası veriblər.
Bunu yerli “Joxovurd” qəzeti yazıb. Qeyd olunub ki, buna səbəb hakim partiya funksionerlərinin paytaxt İrəvanın Ağsaqallar Şurasına, yəni İrəvan Şəhər Bələdiyyəsinə keçiriləcək seçkilərlə bağlı səsləndirdikləri bəyanatlardır.
Diplomatlar qeyd ediblər ki, seçkilərin hələ keçirilməməsinə baxmayaraq, “Mülki Müqavilə” Partiyası qələbə qazanacaqlarına dair inamlı fikirlər səsləndirirlər.
Məlumata görə, bir müddət əvvəl Ermənistanın hakim partiyasının İdarə Heyətinə seçkilər keçirilib və nəticələri saxtalaşdırılıb. Qərb ölkələrinin səfirləri vəziyyətdən narazı qalıblar və bundan sonra “Mülki Müqavilə” Partiyasına etiraz notası göndəriblər.
Qəzetin yazdığına görə, Qərbin Ermənistandakı seçki proseslərinə etimadsızlığı hakim partiyadakı saxtakarlıqlardan sonra başlayıb.
#Ermənistan xəbərləri teqi istifadə olunub
- Ermənilər özləri etiraf edirlər ki, 11–12 min fərariləri olub | Prezident İlham Əliyev - Baku TV
- Ermənistanda yüksək vəzifəlilər niyə aradan çıxır? | Kütləvi istefanın iç üzü
- Hərbçilər həlak oldu | Ermənistanda dəhşətli təyyarə qəzası
- Ermənistanda hərbi hissəyə hücum edildi | Saxlanılanlar var
- Erməni hərbçi Azərbaycan sərhəddə minaya düşdü | Təcili məlumat
