Qərbi Azərbaycan İcması Ermənistana çağırış etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Qərbi Azərbaycan İcması Ermənistanın Baş naziri Nikol Paşinyanın mətbuat katibinin anti-Azərbaycan firkiləri ilə bağlı bəyanat yayıb.
İcmadan verilən məlumata görə, bəyanatda deyilir:
"Ermənistan hökuməti bu ölkənin Baş nazirinin mətbuat katibi vasitəsi ilə bir daha insan hüquqları məsələsində ikiüzlülük nümayiş etdirən və Azərbaycanın daxili işlərinə qarışan bəyanat vermişdir. İlk növbədə, xatırlatmaq istərdik ki, Ermənistan hökuməti bu ölkədən azərbaycanlıları etnik nifrət əsasında zorakılıqla qovmuş, onların mədəni irsini dağıtmış və yer adlarını dəyişdirmişdir. Ermənistan hökuməti bu insanların öz evlərinə qayıtmaq hüququnun reallaşmasına hər vəchlə qarşı çıxır və Qərbi Azərbaycan İcmasının bu mövzuda dialoqa başlamaq çağırışlarını qulaqardına vurur. Bütün bunlar fonunda Ermənistan hökumətinin Azərbaycanın Qarabağ bölgəsində hansısa humanitar problemin olduğunu iddia edərək orada yaşamaqda olan erməniləri hüquqları məsələsi ilə spekulyasiya etməsi və Azərbaycan Respublikasının daxili işlərinə qarışması ikiüzlülük və ərazi iddiasından başqa bir şey deyil. Ermənistan hökumətinin insan hüquqları məsələsində atmalı olduğu addım öz ərazisindən qovduğu insanların təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasına qeyd-şərtsiz imkan yaratmaqdır. Biz Ermənistan hökumətindən destruktiv addımlarına son qoymağı tələb edir və qayıdış hüququnun reallaşması mövzusunda Qərbi Azərbaycan İcması ilə dialoqa başlamağa çağırırıq".
#Qərbi Azərbaycan İcması teqi istifadə olunub
- Basarkeçər əsilli tələbələr üçün xüsusi tədbir təşkil olundu - Baku TV
- Festivalda qədim adət-ənənələr nümayiş olunub - Baku TV
- Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi | Beynəlxalq elmi konfrans - Baku TV
- Tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması QAİ-nın əsas hədəfidir - Baku TV
- BDU və Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə I Beynəlxalq elmi konfrans - Baku TV CANLI
