Pleyeri seçin:

Qərbi Azərbaycan İcması Paşinyanın açıqlamalarına münasibət bildirdi

14 sentyabr 2023 89 baxış

“Ermənistanın Baş naziri Nikol Paşinyanın “Politico Europe” nəşrinə müsahibəsi və son günlər verdiyi digər açıqlamalar bir daha onun gündə bir neçə dəfə bir-birini inkar edən fikirlər səsləndirdiyini, ardıcıl siyasət yeritmədiyini, Azərbaycana qarşı ərazi iddiasından əl çəkmədiyini, bunu indi başqa ad altında gizlətməyə çalışdığını, bölgədə vəziyyəti qəsdən kəskinləşdirməkdə maraqlı olmasını nümayiş etdirir”.

Bu fikirlər Qərbi Azərbaycan İcmasının bəyanatında yer alır.

Qeyd edildiyinə görə, N.Paşinyanın fikirləri onu göstərir ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü hətta sözdə tanımasını da şərtləndirir:

“Ermənistan yenə də hansısa “beynəlxalq mexanizm”in yaradılması xülyasındadır. Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə bağlı siyasəti, onlarla dialoq Azərbaycanın sırf daxili işidir və bu məsələlərin Ermənistana heç bir aidiyyəti yoxdur. Ermənistan Azərbaycanın daxili işlərinə kobud müdaxilədən əl çəkməlidir. Bu, qeyri-ciddi və təhlükəli siyasətdir.

Baş nazirin “Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdı, çünki müttəfiqlərimiz susdular” fikri Ermənistanın əsl niyyətini, riyakarlığını göstərir. Belə çıxır ki, Ermənistan kənardan dəstək alsaydı, onda Azərbaycanın ərazi bütövlüyünü tanımayacaqdı. Bunu o dövlət deyir ki, özünə gələndə hər fürsətdə suverenliyini, ərazi bütövlüyünü, qırmızı xətlərini qabardır, “timsah göz yaşları” axıdır, Azərbaycanın suverenliyinə qarşı beynəlxalq müstəvidə çirkin böhtan kampaniyası aparır”.

“Görünən odur ki, N.Paşinyan hələ də 30 il ərzində Ermənistanda təşəkkül tapmış irqçi, azərbaycanofob ideologiyanın təsiri altındadır. Həmin ideologiyanın əsas sütunlarından biri “Qarabağ məsələsi bitib, çünki erməni xalqı Qarabağ məsələsini döyüş meydanında həll edib” düşüncəsi idi. Erməni xalqının Qarabağ məsələsini necə “həll etdiyini” Azərbaycan xalqı 2020-ci ildə Vətən müharibəsi zamanı döyüş meydanında göstərdi. Qərbi Azərbaycan İcmasının dialoq təklifini qəbul etməyən, azərbaycanlıların qayıdış hüququnu inkar edən N.Paşinyan, yəqin ki, “Qərbi azərbaycanlılarla bağlı məsələni biz həll etmişik” düşüncəsindədir. Bu, yanlış yanaşmadır. Qərbi azərbaycanlılar dinc yolla öz dədə-baba yurdlarına qayıtmaq əzmindədirlər və heç kim bunu əngəlləyə bilməz”, – deyə bəyanatda vurğulanır.

Banner
Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Siyasət
28 oktyabr 2026 89 baxış
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 89 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 89 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 89 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 89 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 89 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 89 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 89 baxış
Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Siyasət
28 oktyabr 2026 89 baxış
Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Siyasət
28 oktyabr 2026 89 baxış
Seçilmişlər
icon