Pleyeri seçin:

Qərbi Azərbaycan İcmasından bir qrup fransız deputatlara çağırış

02 avqust 2023 84 baxış

Qərbi Azərbaycan İcması bir qrup fransız deputatın qərəzli müraciətini kəskin şəkildə qınayıb.

Bu barədə İcmadan məlumat verilib.

Bildirilib ki, Qərbi Azərbaycan İcması bir qrup fransız deputatın Azərbaycana qarşı düşmənçiliyə çağıran, beynəlxalq hüquqa həqarət olan qərəzli müraciətini kəskin şəkildə pisləyir və bunu Fransa cəmiyyətində tüğyan edən irqçiliyin, islamofobiyanın və azərbaycanofobiyanın bariz göstəricisi kimi dəyərləndirir.

“Fransız deputatlara xatırladırıq ki, onların iddia etdiyi “etnik təmizləmə” siyasəti öz torpaqlarını 30 illik Ermənistan işğalından azad edən və hazırda Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyasında qərarlı olan Azərbaycan deyil, qərbi azərbaycanlıları Ermənistandan deportasiya etmiş, onların qayıdış hüququnu inkar edən, onilliklər boyu Azərbaycan ərazilərini işğal altında saxlamış Ermənistan tərəfindən törədilmişdir. Fransız deputatların diqqətinə çatdırırıq ki, ciddi-cəhddə müdafiə etdikləri Avropa İttifaqının Ermənistandakı Missiyasının hər gün patrul apardığı ərazilərin əksəri vaxtilə qərbi azərbaycanlıların yaşadığı və 30 il öncə deportasiya edildiyi ərazilərdir”, – İcmadan qeyd olunub.

Bildirilib ki, əgər fransız deputatları iddia etdikləri “beynəlxalq hüquq”, “demokratik dəyərlər” maraqlandırsaydı, onda onlar separatizmi, revanşizmi, cəzasızlığı təşviq edən Ermənistanı və qondarma qurumun qalıqlarını deyil, sülh və birgəyaşayış ideyalarını təşviq edən Qərbi Azərbaycan İcmasını, onun Ermənistanla dialoq təklifini və qərbi azərbaycanlıların Ermənistanda öz dədə-baba yurdlarına qayıdışını dəstəkləməli idilər.

Qərbi Azərbaycan İcması fransız deputatlardan Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı qəsddən, bölgədə vəziyyəti gərginləşdirən fəaliyyətdən çəkinməyi və ölkəmizin daxili işlərinə qarışmamağı tələb edir: “Biz həmin deputatları öz ölkələrində hökm sürən irqçiliyə və islamofobiyaya qarşı mübarizə aparmağa, Korsika dilini qadağan etməməyə və müstəmləkə təfəkküründən əl çəkməyə çağırırıq”.

Banner
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 84 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 84 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 84 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 84 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 84 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 84 baxış
Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Siyasət
28 oktyabr 2026 84 baxış
Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Siyasət
28 oktyabr 2026 84 baxış
Prezident Administrasiyasının sabiq rəhbərinin cəzası nə oldu? | Məhkəmə qərar verdi - Baku TV

Prezident Administrasiyasının sabiq rəhbərinin cəzası nə oldu? | Məhkəmə qərar verdi - Baku TV

Siyasət
27 oktyabr 2026 84 baxış
Zəngəzurun tarixi kəndi necə məhv edildi? | Etnik təmizləməyə məruz qalan tarixi məkan

Zəngəzurun tarixi kəndi necə məhv edildi? | Etnik təmizləməyə məruz qalan tarixi məkan

Siyasət
27 oktyabr 2026 84 baxış
Seçilmişlər
icon