Pleyeri seçin:

Qərbi Azərbaycan İcmasından Ermənistana çağırış

27 iyul 2023 213 baxış

Qərbi Azərbaycan İcması Xankəndindəki qeyri-qanuni rejimin Azərbaycanın Qarabağ bölgəsində yaşayan əhaliyə Azərbaycanın digər bölgələrindən çatdırılan yüklərin qarşısını alması nəticəsində yaranan vəziyyətə münasibət bildirib.

İcmanın açıqlamasında deyilir: "Biz – Qərbi Azərbaycan İcması Xankəndindəki qeyri-qanuni rejimin Azərbaycanın Qarabağ bölgəsində yaşayan əhaliyə Azərbaycanın digər bölgələrindən çatdırılan yüklərin qarşısını alması nəticəsində yaranan vəziyyəti diqqətlə izləyirik.

Ermənistandan qovulmuş azərbaycanlıları birləşdirən və onların hüquqlarını müdafiə edən təşkilat kimi Qərbi Azərbaycan İcması Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin reinteqrasiyası istiqamətində Azərbaycan hökumətinin səylərini alqışlayır. Azərbaycan inklüziv və tolerant cəmiyyət nümayiş etdirməklə barışıq və Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüquqlarının bərpası ilə bağlı müsbət nümunə yaradır. Ümid edilir ki, Ermənistan bu nümunəni nəzərə alacaq. Anlaşma, dialoq və Ermənistandakı öz yurd-yuvalarından zorla qovulmuş azərbaycanlıların təhlükəsiz repatriasiyası, bu ölkədə çoxmillətli cəmiyyətin bərpası istiqamətində addımlar atacaq.

Təəssüf ki, Ermənistan Azərbaycanın bu xoş məramlı tədbirlərinə oxşar cavab addımları atmayıb. Ermənistan nəinki öz ərazisindən qovulmuş azərbaycanlıların geri qayıtmasına qətiyyətlə əngəl törədir, həm də Azərbaycanda məskunlaşan ermənilər arasında separatizmi fəal şəkildə təşviq etməklə gərginliyi artırmaqda davam edir. Ermənistanın hərəkətləri, o cümlədən Azərbaycanın Qarabağ bölgəsində qanunsuz hərbi birləşmələrini saxlaması və Xankəndindəki qeyri-qanuni rejimə maliyyə dəstəyi yalnız vəziyyəti gərginləşdirməyə və regional sabitliyi pozmağa xidmət edir. Bu hərəkətlər Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə, eləcə də Ermənistandan qovulmuş azərbaycanlıların fundamental hüquqlarına açıq-aşkar hörmətsizlik nümayiş etdirir.

Xüsusilə, Qərbi Azərbaycan İcması Ermənistanın və Xankədindəki qeyri-qanuni rejimin Azərbaycanın digər bölgələrindən Qarabağ ermənilərinə təchizatı əngəlləməklə və heç bir sərhəd və gömrük nəzarəti olmadan Xankəndinə eksklüziv təchizat marşrutları tələb etməklə süni humanitar böhran yaratmaq cəhdlərindən ciddi narahatlığını bildirir.

Biz Ermənistan hökumətindən Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı təcavüzünü dərhal dayandırmasını tələb edirik. Ermənistan Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyasının qarşısını almaq məqsədi daşıyan bədxah fəaliyyətinə son qoymalıdır".

Banner
Prezident İlham Əliyev İƏT ölkələrinin nümayəndələrinə müraciət ünvanlayıb - Baku TV

Prezident İlham Əliyev İƏT ölkələrinin nümayəndələrinə müraciət ünvanlayıb - Baku TV

Siyasət
28 oktyabr 2026 213 baxış
Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Siyasət
28 oktyabr 2026 213 baxış
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 213 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 213 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 213 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 213 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 213 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 213 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 213 baxış
Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Siyasət
28 oktyabr 2026 213 baxış
Seçilmişlər
icon