Qərbi Azərbaycan İcmasından Fransanın Ermənistana yardımına münasibət
Yeniliklərdən dərhal xəbərdar olun
Fransanın Ermənistana silah satışı Azərbaycana qarşı düşmənçilikdir.
Bu, Qərbi Azərbaycan İcmasının bəyanatında yer alıb. İcma hesab edir ki, Fransanın müdafiə nazirinin Ermənistanla ən yaxın zamanda silah sazişinin imzalanacağı barədə açıqlaması ciddi narahatlıq doğurur:
“Bundan başqa, Fransa müxtəlif beynəlxalq təşkilatlarda da Azərbaycana qarşı çirkin fəaliyyətini davam etdirir. Fransa tərəfindən Ermənistana silah verilməsi bu ölkədə revanşizmin güclənməsinə, regionda gərginliyin artmasına xidmət edir. Açıq-aşkar görünür ki, regionda sülhün bərqərar olunması rəsmi Parisə heç cür sərf etmir. Fransa Cənubi Qafqaz regionuna geosiyasi rəqabət gətirməyə çalışır və bunun üçün Ermənistanı Azərbaycana qarşı yeni müharibəyə təhrik edir”.
Qeyd edilir ki, bu ölkə XXI əsrdə belə, müstəmləkəçilik təfəkküründən, “Şərq xristianlığına dəstək” kimi irqçi yanaşmadan hələ də əl çəkə bilmir:
“Əminik ki, Fransa “vasitəçilik” səylərində tam məğlubiyyətə uğradığı kimi, Ermənistanın silahlandırılması siyasətində də uğursuzluğa düçar olacaq. Cənubi Qafqaz regionu Fransasız daha gözəl görünür”.
#Qərbi Azərbaycan İcması teqi istifadə olunub
- Basarkeçər əsilli tələbələr üçün xüsusi tədbir təşkil olundu - Baku TV
- Festivalda qədim adət-ənənələr nümayiş olunub - Baku TV
- Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi | Beynəlxalq elmi konfrans - Baku TV
- Tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması QAİ-nın əsas hədəfidir - Baku TV
- BDU və Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə I Beynəlxalq elmi konfrans - Baku TV CANLI
