Pleyeri seçin:

Qərbi Azərbaycan İcmasından Paşinyana çağırış

11 avqust 2023 34 baxış

Qərbi Azərbaycan İcması Ermənistanın Baş naziri Nikol Paşinyanı Azərbaycana qarşı saxta təbliğatdan, böhtan və manipulyasiyadan çəkinməyə çağırıb. Bu barədə İcmadan məlumat verilib.

İcma N.Paşinyanın avqustun 11-də səsləndirdiyi fikirlərlə bağlı bildirib ki, regionda sülhə mane olan 30 il ərzində Azərbaycan ərazilərini işğal altında saxlamış, azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı həyata keçirmiş Ermənistandır:

"Təəssüf ki, “demokrat” Nikol Paşinyan sələflərinin bu siyasətini davam etdirmiş və Azərbaycanın işğal edilmiş ərazilərində səsləndirdiyi “Qarabağ Ermənistandır və nöqtə” bəyanatı ilə danışıqlar prosesini tamamilə məhv etmişdir. Nikol Paşinyana həm də xatırladırıq ki, onun Milli Təhlükəsizlik Xidmətinin rəhbəri təyin etdiyi, sonradan Vətən müharibəsi zamanı Azərbaycana qarşı döyüşməyə gəlmiş, az sonra biabırcasına Qarabağdan qaçmış şəxs “Azərbaycana bir qarış da torpaq qaytarmayacağıq” kimi bəyanat vermiş, özünü “dahi strateq” hesab edən keçmiş müdafiə naziri isə daha da “irəli gedərək” Azərbaycanı “yeni ərazilər naminə yeni müharibə” ilə hədələmişdir.

30 il ərzində dünyanın ən ali qurumu olan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymayan, əksinə, işğalla qürrələnən Ermənistanın indi qaranlıq keçmişi olan Luis Okampo adlı birisinin heç bir əsası olmayan kağız parçasına ümid bəsləməsi rəsmi İrəvanın düşdüyü acınacaqlı vəziyyətinin bariz nümunəsidir. Ermənistanın Baş nazirini “soyqırımı” mövzusunda Azərbaycana qarşı saxta təbliğatdan, böhtan və manipulyasiyadan çəkinməyə çağırırıq".

Qərbi Azərbaycan İcması hesab edir ki, əgər Ermənistanın Baş naziri, həqiqətən də, sülhdə maraqlıdırsa, onda “beynəlxalq mexanizm çərçivəsində Bakı-Xankəndi dialoqu” kimi utopik və təxribatçı fikirlərə son qoymalıdır. İcma bunu Ermənistanın Azərbaycana qarşı ərazi iddiasını indi başqa ad altında davam etdirməsi kimi qəbul edir.

İcma hesab edir ki, “beynəlxalq mexanizm” nağılı həm də Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü şərtlə tanıması deməkdir:

"Bir tərəfdən Azərbaycanı “beynəlxalq mexanizm çərçivəsində Qarabağın erməni sakinləri ilə dialoqa” çağırıb, digər tərəfdən Qərbi Azərbaycan İcmasının dialoq təklifinə cavab verməyən, hətta azərbaycanlıların qayıdış hüququnu inkar edən Ermənistanın Baş nazirinə xatırladırıq ki, onun rəhbər tutduğu “Əhali yoxdursa, problem də yoxdur” yanaşması tamamilə qəbuledilməz və təhlükəli yanaşmadır.

Qərbi Azərbaycan İcması Nikol Paşinyanı Azərbaycanın daxili işlərinə qarışmamağa, müxtəlif süni bəhanələrlə sülh danışıqları prosesini uzatmamağa və qərbi azərbaycanlıların qayıdışı məsələsini müzakirə etmək üçün bizimlə dialoqa başlamağa çağırır".

Milli Məclisin komitə sədri 15 iyul 1992-ci il tarixli qərardan danışıb

Milli Məclisin komitə sədri 15 iyul 1992-ci il tarixli qərardan danışıb

Siyasət
19 dekabr 2025 34 baxış
Millət vəkili qurumun qətnaməsini tənqid edib

Millət vəkili qurumun qətnaməsini tənqid edib

Siyasət
19 dekabr 2025 34 baxış
AnewZ “Oliqarx sisteminin dizaynı”nı filmə çevirdi - Baku TV

AnewZ “Oliqarx sisteminin dizaynı”nı filmə çevirdi - Baku TV

Siyasət
19 dekabr 2025 34 baxış
Vladimir Putindən Avropa İttifaqına sərt xəbərdarlıq - Baku TV CANLI

Vladimir Putindən Avropa İttifaqına sərt xəbərdarlıq - Baku TV CANLI

Siyasət
19 dekabr 2025 34 baxış
Milli Məclis AP-nin Azərbaycana qarşı qətnaməsinə bəyanatla cavab verdi - Baku TV

Milli Məclis AP-nin Azərbaycana qarşı qətnaməsinə bəyanatla cavab verdi - Baku TV

Siyasət
19 dekabr 2025 34 baxış
Milli Məclisdən Avropa Parlamentinə qarşı bəyanat

Milli Məclisdən Avropa Parlamentinə qarşı bəyanat

Siyasət
19 dekabr 2025 34 baxış
Zelenskidən ABŞ-Ukrayna danışıqları barədə açıqlama - Baku TV CANLI

Zelenskidən ABŞ-Ukrayna danışıqları barədə açıqlama - Baku TV CANLI

Siyasət
19 dekabr 2025 34 baxış
Azərbaycandan Ermənistana ixrac edilən neft məhsulları Böyük Kəsik stansiyasına daxil oldu - Baku TV

Azərbaycandan Ermənistana ixrac edilən neft məhsulları Böyük Kəsik stansiyasına daxil oldu - Baku TV

Siyasət
19 dekabr 2025 34 baxış
Özbəkistan nümayəndə heyəti Şuşada | Putin son sözünü dedi | Paşinyandan açıqlama - YENİ BİR SƏHƏR

Özbəkistan nümayəndə heyəti Şuşada | Putin son sözünü dedi | Paşinyandan açıqlama - YENİ BİR SƏHƏR

Siyasət
19 dekabr 2025 34 baxış
ABŞ-də "TRIPP"in Avrasiya regionunda kommunikasiya kontekstində rolu müzakirə edilib - Baku TV

ABŞ-də "TRIPP"in Avrasiya regionunda kommunikasiya kontekstində rolu müzakirə edilib - Baku TV

Siyasət
19 dekabr 2025 34 baxış
Seçilmişlər
icon