Qərbi Azərbaycan İcmasından Paşinyana cavab
Yeniliklərdən dərhal xəbərdar olun
Qərbi Azərbaycan İcması Ermənistanın Baş naziri Nikol Paşinyanın və xarici işlər naziri Ararat Mirzoyanın son günlər səsləndirdikləri, Ermənistan hökumətinin ikiüzlülüyünü və insan haqları kimi nəcib məfhumdan öz ərazi ekspansionist planları üçün sui-istifadə etməsini açıq-aşkar göstərən bədnam iddialarını ifşa etməklə bağlı bəyanat yayıb.
Bəyanatda qeyd olunub ki, Ermənistan öz ərazisindən azərbaycanlıların hamısını zorla qovmuş, mədəni irsimizi, müqəddəs yerlərimizi, məzarlıqlarımızı təhqir edərək və dağıdaraq vətənimizdə varlığımızın izlərini silməyə çalışır.
“Bizim təhlükəsiz və ləyaqətlə evlərimizə qayıtmaq üçün davamlı dialoq çağırışlarımıza və səylərimizə baxmayaraq, Ermənistan hüquqlarımıza tam hörmətsizlik nümayiş etdirərək bu məsələ ilə bağlı müzakirələrdən imtina edir. Ermənistan öz ərazisindən qovduğu azərbaycanlıların evlərinə qayıtmasının qarşısını almağa davam edərkən Azərbaycanın Qarabağ İqtisadi Rayonunda yaşayan etnik ermənilərlə bağlı insan haqları arqumentlərindən həyasızcasına sui-istifadə etməyə çalışır.
Ermənistanın iddiaları mahiyyətcə əsassız olmaqla bərabər, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qəsd xarakteri daşıyır. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü yalnız şərti olaraq tanımaqla əsl niyyətini ortaya qoyur və bununla da separatçılıq cəhdləri üçün imkanları açıq saxlamağa çalışır. Ermənistanın bu davranışı beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır və ATƏT-in dövlətlərarası münasibətlərdə milli azlıqlara dair tövsiyələrində əksini tapmış prinsiplərə tamamilə ziddir”, – bəyanatda vurğulanıb.
#Qərbi Azərbaycan İcması teqi istifadə olunub
- Basarkeçər əsilli tələbələr üçün xüsusi tədbir təşkil olundu - Baku TV
- Festivalda qədim adət-ənənələr nümayiş olunub - Baku TV
- Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi | Beynəlxalq elmi konfrans - Baku TV
- Tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması QAİ-nın əsas hədəfidir - Baku TV
- BDU və Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə I Beynəlxalq elmi konfrans - Baku TV CANLI
