Qərbin Ermənistan məqsədi: Paşinyanın Rusiya üçün hazırladığı "sürpriz"
Yeniliklərdən dərhal xəbərdar olun
Qazaxıstanlı politoloq Atbek Aytmatovun fikrincə, yaxın gələcəkdə Ermənistanı qorxulu perspektiv gözləyir.
Politoloq “caliber.az”a müsahibəsində deyib ki, ABŞ və Fransa kimi ölkələr Ermənistanı Qərblə Rusiya qarşıdurmasının forpostuna çevirməyə çalışdıqlarını az qala açıq şəkildə nümayiş etdiriblər.
“ABŞ və Fransanın Ermənistanı quzu kimi əlindən tutub qurbangahda kəsməyə aparan hərəkətləri indiki mərhələdə çox uğurlu görünür. İrəvan Qərbin illüziya müdafiəsi və “zəmanətləri” naminə hər şeyə hazırdır. Eyni zamanda, Moskva ilə İrəvan arasında artan qarşılıqlı ittiham dalğasını görməmək çətindir. Ermənistanın Qərbə getməsi prosesinin ermənilər üçün ağrısız keçməyəcəyi göz qabağındadır.
Ermənistan cəmiyyətinin istədiyi, Paşinyandan tələb etdiyi budur: Azərbaycandan müdafiə, Bakının cəzalandırılması. Erməni siyasi elitasının şizofreniyasını nəzərə alsaq, bu, təəccüblü deyil. Lakin bu, Ermənistan üçün dönməz nəticələri olan bir oyundur. Mənə elə gəlir ki, Paşinyan və erməni revanşistləri bunu səhv başa düşürlər. Bəli, indi Qərb guya Ermənistanın tərəfindədir, lakin bütün bunlar ona görə edilir ki, İrəvan öz rolunu oynamağa razı olsun, sınaq meydançası kimi çıxış etsin və ikinci Ukraynaya çevrilsin”, – politoloq qeyd edib.
Onun fikrincə, buna imza atmaq üçün Ermənistan cəmiyyətin ilə çox da işləmək lazım deyil. Çünki cəmiyyət artıq anti-Rusiya əhval-ruhiyyəsi ilə doyub. İndi Vaşinqton və Parisin Ermənistanla bağlı böyük planları var və onların missiyası yaxşı düşünülüb:
“Hələ ki, Ermənistan KTMT-dən çıxmaq planlarını açıqlamayıb, Rusiya bazasının çıxarılmasını tələb etmir, lakin aydındır ki, Paşinyan Rusiya üçün sürpriz hazırlayır. İrəvan bütün bunları demək olar ki, eyni vaxtda və tamamilə qəfil edəcək. Bundan sonra İrəvanla Moskva arasında qarşıdurma kəskin mərhələyə keçəcək”.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
