Qərbin İrəvan və Bakıdakı planı | Rusiya XİN-dən xəbərdarlıq
Yeniliklərdən dərhal xəbərdar olun
“Qərbin Cənubi Qafqazdakı maraqları Ermənistana Azərbaycanla münasibətləri normallaşdırmağa kömək etmək deyil”.
Bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin yerli mediaya müsahibəsində deyib.
Bildirib ki, onların məqsədi regionda növbəti gərginliyi yaratmaqdır:
“Qərbin Cənubi Qafqazda maraqları Ermənistanla Azərbaycan arasında ikitərəfli münasibətlərin normallaşması, regionda davamlı sülh və sabitliyə nail olmağa kömək etmək deyil, Rusiyanı bu prosesdən sıxışdırıb çıxarmaq, onun sərhədləri yaxınlığında növbəti gərginlik mənbəyi yaratmaqdan ibarətdir.
Buna baxmayaraq, biz hələ də ümid edirik ki, rəsmi İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə bağlı şübhələrini nə qədər tez aradan qaldırsa, təşkilatın gündəliyində dayanan məsələlərin siyasi müstəvidə, ekspertlər səviyyəsində konstruktiv, məhsuldar və mənalı müzakirələrinə qayıtsa, bir o qədər yaxşıdır”.
Rəsmi İrəvanın KTMT iclaslarını boykot etmə məsələsini də şərh edən M.Qaluzin deyib ki, təşkilatda qalmaq, ilk növbədə, Ermənistan xalqının və dövlətinin maraqlarına cavab verir:
“Bununla yanaşı, KTMT-yə üzv ölkələr həmişə İrəvana yardım göstərməyə hazır olub və indi də belədir. Vaxtilə Ermənistana hərbi-texniki dəstək, ixtisaslaşmış kadrların hazırlanması ilə bağlı tədbirlər, Ermənistanla Azərbaycan arasında sərhədyanı ərazilərə KTMT-nin monitorinq missiyasının göndərilməsi təklif edilib. Təəssüflər olsun ki, həmin mərhələdə o ideyalar, təkliflər bəyənilmədi və həyata keçirilmədi”.
Diplomat sonda onu da vurğulayıb ki, Ermənistanın təhlükəsizliyinin təmin edilməsi baxımından KTMT mexanizminin alternativi hazırda mövcud deyil.
#Mixail Qaluzin teqi istifadə olunub
- “Bu 4 ölkənin liderləri tapşırıb ki...” | Qaluzindən Ermənistanla bağlı diqqətçəkən açıqlama
- Qaluzin: "Bu keçmiş Sovet ölkələrindən Rusiyaya ciddi təhlükələr var"
- Ermənistanın Qərblə yaxınlığı Rusiyanı qorxudur?
- Kreml Bakıya hansı mesajı verir və bu mesaj kimlərə hesablanıb? - AKTUAL GÜNDƏM
- İki ölkənin rəsmiləri arasında danışıqlar keçirilib | Əməkdaşlıq imkanları müzakirə olunub - Baku TV
