Pleyeri seçin:
Qızıl Xaç əməkdaşları həbsdə saxlanılan separatçılara baş çəkdi
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları Azərbaycanda həbsdə olan erməniəsilli şəxslərə yenidən baş çəkiblər.
BQXK-dan bildirilib ki, saxlanılan şəxslərlə təkbətək görüşlər keçirilib və onların ailələri ilə əlaqəsi üçün şərait yaradılıb:
“BQXK mandatına uyğun olaraq, bu cür başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir. BQXK həmçinin şəxslərin ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır və müzakirə edilir”.
Kopyalandı
#Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) teqi istifadə olunub
