Qondarma Sameqrelo respublikasına erməni diasporu və millətçiləri dəstək verib
Yeniliklərdən dərhal xəbərdar olun
“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.
"Ermənistanın Gürcüstana və İrana qarşı ərazi iddiaları" adlı süjetdə Ermənistanın Baş naziri Nikol Paşinyanın dəfələrlə dilə gətirdiyi və siyasi xətt olaraq seçdiyi "Tarixi Ermənistan real Ermənistan üçün təhlükədir" tezisinə yer verilib.
Bildirilib ki, N.Paşinyan "real Ermənistan", yəni qondarma miflərin və ərazi iddialarının olmadığı bir ölkə qurmaq niyyətindədir:
"Əslində, erməni Baş nazir ölkəsinin gələcək mövcudluğunun bundan asılı olduğunu anlayır və erməniləri ağıllandırmaq istəyir. Çünki Qərbi Azərbaycan torpaqlarında Ermənistan adlı dövlət quran erməni millətçilər saxta tarix üzərindən "böyük Ermənistan" ideologiyası yaradıb və bu gün bütün qonşu ölkələrin həm tarixinə, həm də ərazisinə göz dikib".
Qeyd olunub ki, ermənilər təkcə bizə qarşı yox, həm Gürcüstana, həm də İrana qarşı da eyni iddiaları irəli sürürlər:
"Ermənilər Gürcüstanda "svan və meqrel" kartını da daim əllərində rıçaq olaraq saxlayıb, hətta etnik separatizmi körükləmək cəhdləri də ediblər. Qondarma "Sameqrelo respublikası" iddiasına ən çox dəstək verən də erməni diasporu və millətçiləri olub".
Vurğulanıb ki, bu gün Ermənistanda keşiş Baqrat Qalstanyanın rəhbərliyi ilə etiraz hərəkatının başlaması, N.Paşinyana qarşı aparılan anti-təbliğat məhz Qərbi Azərbaycan məsələsi üzərində qurulur.
Belə ki, Fransadakı erməni diasporunun əsas rəhbərlərindən olan daşnak Murad Papazyan iddia edib ki, Qazaxın dörd kəndinin qaytarılması Zəngəzurun, Geqrnukin və İrəvanın qaytarılması, nəhayət, Ermənistanın Qərbi Azərbaycana çevrilməsidir.
ABŞ-də "Ay Data" erməni milli komitəsinin mətbuat katibi Elizabet Çuljiyan da iddia edib ki, Azərbaycanın növbəti hədəfi Zəngəzur və Göyçə mahalıdır. O bunun qarşısını almaq üçün N.Paşinyanı devirməyə çağırış edib.
Aydındır ki, Qərbi azərbaycanlıların öz tarixi yurdlarına qayıtması hüququ Ermənistan daxili siyasətində mübarizə elementinə çevrilib. Lakin Ermənistan hakimiyyətinin erməni miflərini dağıtmaq istiqamətində inamlı addımları N.Paşinyanın hələ də güclü tərəf olduğunu təsdiq edir.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
