"Bu, Ermənistanın cavabdeh olduğu məsələdir" | Qarabağda mina təhlükəsi davam edir - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Şanlı Zəfərimizi qazansaq da, minalarla mübarizəmiz davam edir.
İşğaldan azad edilmiş ərazilərdə Ermənistan tərəfindən həyata keçirilən kütləvi minalama siyasəti bu gün həm humanitar, həm də təhlükəsizlik baxımından region üçün əsas təhdidlərdən biri olaraq qalır. Mina təhlükəsi insanların doğma torpaqlarına qayıdışını çətinləşdirir, eyni zamanda bərpa və quruculuq prosesinin sürətinə ciddi təsir göstərir.
Politoloq Yeganə Hacıyeva bildirib ki, bu, mülki insanlara qarşı Ermənistan dövlətinin cavabdehlik daşıdığı məsələlərdən biridir:
“Hazırkı dövrdə mina partlayışları nəticəsində həyatını itirən insanların olması minanın gələcəyə yönəlmiş təhlükə olduğunu göstərir. Nəzərə alsaq ki, bundan sonrakı mərhələdə də Azərbaycanın işğaldan azad edilmiş ərazilərində belə hadisələrin baş verməsi riski qalır, bu məsələdə cavabdeh tərəf olmalıdır. Mənim fikrimcə, Ermənistan bu məsələyə görə məsuliyyət daşıyır”.
#Qarabağ teqi istifadə olunub
- Qarabağın ekoloji faciəsi gündəmə çıxarılacaq?
- Ermənistan COP17-yə ev sahibliyi edəcək | Qarabağın ekoloji faciəsi gündəmə gətiriləcək? - Baku TV
- Azərbaycanın ədalət dərsi qisas deyil, sülhdür - Baku TV
- Konfrans iştirakçılarının Qarabağ səfəri hansı məqamlarla yadda qalıb? - Baku TV
- Keçmiş köçkünlər doğma yurdlarına qayıdarkən nələr yaşadılar - Baku TV
