"Bu mübarizədə sağ qalmaq üçün türk dünyası bir araya gəlməlidir" | Suvon Meli
Yeniliklərdən dərhal xəbərdar olun
“Bütün türk dünyası çox mühüm bir tarixi qeyd edir. 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultayın yüzilliyi 2026-cı ildə qeyd olunacaq. Bu, türk dünyasının tarixində və həyatında əlamətdar hadisə idi”.
Bunu filologiya elmləri doktoru, professor (Özbəkistan) Suvon Meli deyib.
Onun sözlərinə görə, Birinci Türkoloji Qurultayda qaldırılan məsələlər, təxminən 10 gün davam edən müzakirələr göstərir ki, o dövrdə türk dünyasını birləşdirmək imkanı olub:
“Lakin tarixin gedişatı elə yerə gəlib çatıb ki, ozamankı yeni güclər, yəni Sovet İttifaqı qurultay iştirakçılarını bir-bir fiziki məhv edib. Eyni zamanda bu ilk qurultayda qaldırılan məsələlər tamamilə unudulmağa məhkum olub”.
Suvon Meli bildirib ki, indi 1926-cı ildə Bakıda qaldırılan əsas məsələlər daha aydın görünür:
“Bu, əla fürsətdir. Türk dünyası da sözügedən fürsətdən mütləq yararlanmalı, birləşməlidir. Bu günlərdə türk dövlətləri arasında vahid əlifbanın hazırlanması və tətbiqi gündəmdədir. Çünki o vaxt vahid əlifba olsaydı, türk dünyası bir-birini asanlıqla başa düşə bilərdi. İndiki kimi yad dillərdə danışmazdıq”.
#Özbəkistan teqi istifadə olunub
- Özbəkistanlı mütəxəssislər SOCAR-ın bir sıra müəssisələri ilə tanış olublar - Baku TV
- "Bu çıxışlardan çox təsirləndim..." | Özbəkistan beynəlxalq tədbirə ev sahibliyi edir - Baku TV
- Uşaqların təhsili və sağlamlığı gündəmdə | Özbəkistandakı beynəlxalq tədbirin mahiyyəti - Baku TV
- Özbəkistan Prezidenti SOCAR və BP rəsmiləri ilə görüşdü - Baku TV
- İlham Əliyev Özbəkistan Prezidentini qəbul edib - Baku TV
