Pleyeri seçin:

"Ermənistanda qalmaqallı həbslər olacaq!" - İrəvanın bu hərəkətləri aranı qatdı

13 sentyabr 2024 259 baxış

Uzun müddətdir Cənubi Qafqazın siyasi mənzərəsinin rəngi tez-tez dəyişir.

Səbəb isə Azərbaycanın yaratdığı sülh şəraitindən istifadə etmək əvəzinə Ermənistanın aranı qarışdırmasıdır.

Bu qarışıq vəziyyət 44 günlük müharibədən bəri qalmaqda davam edir. Artıq bir neçə gündür region mediası Ermənistanın Baş naziri Nikol Paşinyanın bölgədəki son vəziyyətlə bağlı açıqlamalarına geniş yer verir. Lakin bu açıqlamalar daxili auditoriyanın heç də xoşuna gəlməyib.

Belə ki, Baş nazir iddia edir ki, Qarabağda 44 günlük müharibədən sonra ordunun arsenalından xeyli sayda silah-sursat müəmmalı şəkildə yoxa çıxıb.

Son nəfəsini verən separatçı qüvvələr torpaqlarımızda bizə silah tuşlamaq üçün ordudan silah oğurlayıb və bu silahlar qanunsuz yollarla Qarabağa daşınıb. Bunlar fakt olaraq media vasitəsilə yayımlansa da, təbii ki, Ermənistan tərəfindən təkzib mövqeyinə keçilir.

Hərbi ekspert Ədalət Verdiyev bildirib ki, Ermənistanda həm müharibə, həm də antiterror tədbirləri zamanı mülki əhali və terror təşkilatları yüksəkvəzifəli şəxslər tərəfindən qanunsuz olaraq silahla təmin olunub:

“Hesab edirəm ki, yaxın bir-iki ay ərzində Ermənistanda qanunsuz silah dövriyyəsi ilə bağlı yüksəkvəzifəlilərin həbsi xəbərini eşidəcəyik”.

Ermənilərin torpaqlarımızın bağrına doldurduğu minalar, kustar üsullarla hazırlanmış partlayıcılardan xalqımız hələ də əziyyət çəkir. Üstəlik, bu minaların xəritəsi də verilmir. Hazırda sülh sənədi üzərində danışıqlar gedir, prosesin yaxın zamanda bitəcəyi sadəcə ümid olaraq qalır.

Lakin bir tərəfdən də N.Paşinyan oğurlanan silahların yerini Hindistan, Şimali Koreya, Fransadan aldığı silah-sursatla doldurmağa çalışır. Belə halda isə bu alış-verişin bölgəni hara aparacağı sual altında qalır.

"Türkiyə Qarabağla bağlı bu təşəbbüsü irəli sürdü" | Əli Əsədov - Baku TV

"Türkiyə Qarabağla bağlı bu təşəbbüsü irəli sürdü" | Əli Əsədov - Baku TV

Siyasət
22 dekabr 2025 259 baxış
Azərbaycan istehsalı olan silahlar | Dünya hərb bazarına nələri təklif edə bilirik? | HƏRBİ XRONİKA

Azərbaycan istehsalı olan silahlar | Dünya hərb bazarına nələri təklif edə bilirik? | HƏRBİ XRONİKA

Siyasət
22 dekabr 2025 259 baxış
Regionda güc balansı dəyişir? - "Euronews"da "Qarabağın ürəyi"ndən reportaj - BİZDƏN NƏ DANIŞIRLAR?

Regionda güc balansı dəyişir? - "Euronews"da "Qarabağın ürəyi"ndən reportaj - BİZDƏN NƏ DANIŞIRLAR?

Siyasət
22 dekabr 2025 259 baxış
Azərbaycan və Türkiyə arasında Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilib

Azərbaycan və Türkiyə arasında Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilib

Siyasət
22 dekabr 2025 259 baxış
"Nizami rayonunda 48 mindən çox Qərbi azərbaycanlı məskunlaşıb" | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

"Nizami rayonunda 48 mindən çox Qərbi azərbaycanlı məskunlaşıb" | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
22 dekabr 2025 259 baxış
Ermənistan qəzetində Sarkisyanla bağlı şok iddialar

Ermənistan qəzetində Sarkisyanla bağlı şok iddialar

Siyasət
22 dekabr 2025 259 baxış
Azərbaycanda 2026-cı il "Şəhərsalma və Memarlıq İli" elan edildi

Azərbaycanda 2026-cı il "Şəhərsalma və Memarlıq İli" elan edildi

Siyasət
22 dekabr 2025 259 baxış
Aztəminatlı ailələrə birdəfəlik maddi yardım verilməsi haqqında sərəncam

Aztəminatlı ailələrə birdəfəlik maddi yardım verilməsi haqqında sərəncam

Siyasət
22 dekabr 2025 259 baxış
Avropa İttifaqından sərt qərar | Rusiya üzərində təzyiq davam edir - Baku TV CANLI

Avropa İttifaqından sərt qərar | Rusiya üzərində təzyiq davam edir - Baku TV CANLI

Siyasət
22 dekabr 2025 259 baxış
İlham Əliyev MDB liderlərinin görüşündə niyə iştirak etməyəcək? - Baku TV

İlham Əliyev MDB liderlərinin görüşündə niyə iştirak etməyəcək? - Baku TV

Siyasət
22 dekabr 2025 259 baxış
Seçilmişlər
icon