"Əvvəl belə deyildi, amma..." | Doğma kəndində işləyən müəllim duyğularını bölüşdü - Baku TV
“Laçının Zabux kəndinə qayıtmaq mənim ən böyük arzum idi”.
Bunu Zabux kəndinə qayıdan müəllimə Fənar Qənbərova Baku TV-yə açıqlamasında deyib.
O bildirib ki, 15 yaşında məcburən tərk etdiyi doğma kəndinə illər sonra qayıtmaq onun üçün unudulmaz hissdir:
“Zabux kəndində anadan olmuşam. 15 yaşımda buranı məcburən tərk etmişəm. Hər şeyi xatırlayırdım – təhsil aldığım məktəbi, müəllimlərimi. Buraya qayıdanda gördüm ki, Zabux çayı da, bulaqlar da, dağlar da heç dəyişməyib. Düzdür, evlərdə müəyyən dəyişikliklər var, amma doğmalıq hissi olduğu kimi qalıb”.
F.Qənbərova qeyd edib ki, doğma kəndində müəllim kimi fəaliyyət göstərmək onun ən böyük arzularından biri olub:
“Mən həmişə arzulayırdım ki, kəndimizə qayıdım və burada uşaqlara təhsil verim. Hazırda Ədalət Məmmədov adına Zabux kənd tam orta məktəbində müəllimə işləyirəm”.
O, kənddə yaradılan şəraitdən də razılıqla danışıb:
“Burada əlavə məşğuliyyətlərimiz də olur, təsərrüfatla məşğuluq. Həyətdə güllər əkirik, toyuq-cücə saxlayırıq. Mənim üçün bunlar çox maraqlıdır. Burada yaradılan şərait çox gözəldir”.
#Laçın teqi istifadə olunub
- "Gördüyünüz hər şey burada hazırlanır" | Ata-baba yurdunda öz işini quran Laçın sakini - Baku TV
- "Məhsullarımız xaricə də səs salıb" | Doğma torpaqda müasir sənət mərkəzləri - Baku TV
- Laçının sənaye müəssisələri | Yaxın gələcək üçün hansı planlar nəzərdə tutulub? - Baku TV
- Laçının “Bəylik Bağları”nda ağacəkmə aksiyası keçirilib - Baku TV
- SOCAR-ın "Azəriqaz" İB-nin baş direktoru Laçında vətəndaşları qəbul edəcək - Baku TV
