Pleyeri seçin:

"Hüquq savaşı"nda Azərbaycan qalib gəldi: Fransa BMT-də uduzdu

22 sentyabr 2023 231 baxış

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında Ermənistanın Fransanın dəstəyi ilə çağırdığı növbəti iclasın nəticəsi yenə suya düşdü. Ölkəmiz əleyhinə heç bir qətnamə qəbul edilmədi.

Aparılan müzakirələr bir daha göstərdi ki, Ermənistan havadarlarının vədlərinə aldanıb təxribatçı əməllərini davam etdirsə də, beynəlxalq hüquq haqlı və ədalətli davranışa əsaslanan Azərbaycanın tərəfindədir. Elə bunun nəticəsidir ki, iclas Azərbaycanın növbəti diplomatik qələbəsi, Ermənistan və havadarlarının fiaskosu kimi yadda qaldı.

Azərbaycan Ermənistandan fərqli olaraq beynəlxalq hüququn norma və prinsiplərinə uyğun davranır. Məhz bu baxımdan rəsmi İrəvanın havadarlarının dəstəyi ilə Bakı əleyhinə qaldırdığı bütün vəsatətlər beynəlxalq təşkilatlar tərəfindən rədd edilir. Çünki BMT Təhlükəsizlik Şurasında hansısa qətnamə və ya bəyanat iki yolla qəbul edilə bilər: ya Şuranın daimi üzvlərinin yekdil qərarı ilə, ya da qeyri-daimi 10 üzvdən 9-nun səsini qazanmaqla. Amma bu zaman 5 daimi üzvdən heç biri veto hüququndan istifadə etməməlidir. Bu baxımdan gedişata Şurada Azərbaycanın mövqeyini dəstəkləyən ölkələr və daxili nizamnamə nöqteyi-nəzərindən baxanda Parisin təqdim etdiyi qətnamənin qəbulu son iki müzakirələrdə olduğu kimi, bu dəfə də müşkül görünürdü ki, nəticədə belə də oldu.

Azərbaycan diplomatiyası bütün imkanlarından istifadə edərək Fransanı məhz onun öz meydanında rüsvayçı məğlubiyyətə uğratdı. Ölkəmiz suverenliyini bərpa etməkdə haqlı olduğunu və ədalətli mövqeyini bütün dünyaya bir daha nümayiş etdirdi.

Banner
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 231 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 231 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 231 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 231 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 231 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 231 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 231 baxış
Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Siyasət
28 oktyabr 2026 231 baxış
Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Siyasət
28 oktyabr 2026 231 baxış
Prezident Administrasiyasının sabiq rəhbərinin cəzası nə oldu? | Məhkəmə qərar verdi - Baku TV

Prezident Administrasiyasının sabiq rəhbərinin cəzası nə oldu? | Məhkəmə qərar verdi - Baku TV

Siyasət
27 oktyabr 2026 231 baxış
Seçilmişlər
icon