"Qərbi Azərbaycan İcması" Paşinyana cavab verdi
Yeniliklərdən dərhal xəbərdar olun
Qərbi Azərbaycan İcması martın 23-də Nikol Paşinyanın Ermənistandan qovulan azərbaycanlılarla bağlı verdiyi bəyanata cavab ünvanlayıb.
Bu barədə İcmanın sözçüsü Ülviyyə Zülfiqar Baku TV-yə açıqlama verib: “Ermənistanın hökumət başçısı Qərbi Azərbaycan mövzusunu ərazi məsələsi kimi təqdim etməyə çalışıb. Qərbi Azərbaycan mövzusu insan hüquqları məsələsidir və bu məsələ Ermənistan hökumətinin etnik təmizləmə siyasəti və bu siyasətin nəticələrini aradan qaldırmaqdan imtina etməsi nəticəsində gündəliyə gəlib. Biz Ermənistan adlanan ərazinin qanuni sakinləriyik və evlərimizə geri qayıtmaq bizim mütləq və əzəli hüququmuzdur”.
İcmanın sözçüsü həmçinin Ermənistandan qovulan azərbaycanlıların öz evlərinə qayıtmasının, onların fərdi və kollektiv hüquqlarının təmin edilməsinin regionda davamlı sülhün əsas şərti olduğunu bəyan edib.
#Nikol Paşinyan teqi istifadə olunub
- Paşinyan hakim partiyanın yüksək nəticəsindən razı qalmayıb, dövlətyönümlü müxalifətin formalaşmasını vacib sayır
- Paşinyan “üçbaşlı müharibə partiyası” deyəndə kimləri nəzərdə tutur? - Baku TV CANLI
- “Əgər məqsəd sülhdürsə, o zaman...” | Paşinyanın 2031 sözündən sonra 2028-i göstərməsi nə deməkdir?
- Paşinyan gah sülhə tələsir, gah da onu gecikdirir
- Paşinyan Konstitusiyanı dəyişmək üçün növbədənkənar seçkilərə gedir? - AKTUAL GÜNDƏM
