"Qızıl Xaç", ya ermənilərin qızdırılmış xaçı?
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanın sülh prosesindən uzaqlaşmasına təsir edən amillərdən biri də xarici faktorlardır. Ancaq bu faktorlara çox vaxt elə onların özləri zəmin formalaşdırırlar. Çünki məqsəd süni gərginlik yaratmaqdır. Bu cür missiyanı isə əsasən Qarabağdakı separatçılar icra edirlər. Zaman-zaman bütün havadarlarından əli üzülən ermənilər özlərinin pozucu fəaliyyətlərinə bu dəfə də Beynəlxalq Qızıl Xaç Komitəsini alət ediblər. Təşkilat da təyinatı üzrə fəaliyyət göstərmək əvəzinə, özünü hayların sədaqətli müttəfiqi kimi aparır.
Ermənilər gah Qızıl Xaç Komitəsinin Xankəndidəki ofisi qarşısında aksiya keçirirlər, gah onlar vasitəsilə qaçaqmalçılıq əməllərinə əl atırlar, gah da Azərbaycanın barışıq təklfilərinə elə təşkilat vasitəsilə etiraz edirlər. Bu isə həm təşkilatın imicinə xələl gətirir, həm də gələcək humanitar fəaliyyətini sual altına alır.
Rusiya sülhməramlıları ilə yanaşı, Qızıl Xaç Komitəsinin də separatçıların nazını çəkdiyi, onlara xidmətlər göstərdiyi barədə məlumatlar yetərincədir. Ən təəccüblüsü isə odur ki, komitə qaçaqmalçılıq imkanlarının qarşısı alınır deyə Azərbaycanın təklif etdiyi əlverişli Ağdam-Xankəndi yoluna qarşı çıxır. Bu fakt belə qurumun qanunsuz dəstələrə yardım etdiyini təsdiqləyir. Axı beynəlxalq hüquqda deyilmir ki, humanitar öhdəlik daşıyan təşkilat fürsətdən sui-istifadə edib, terorçulara dəstək verməlidir.
Politoloq Natiq Miri mövzu ilə bağlı bildirib ki, Qızıl Xaç Komitəsi xristian həmrəyliyi kontekstində fəaliyyət göstərir və daha çox Ermənistanın maraqlarını ifadə etdiyi hiss olunur.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
