Rəsmi Bakıdan erməni təxribatlarına reaksiya
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistan sərhədyanı bölgələrdə Azərbaycana qarşı hərbi təxribatlarını artırır.
Bu barədə Xarici İşlər Nazirliyinin Ermənistanın törətdiyi növbəti hərbi təxribatlar barədə açıqlamasında bildirilib.
Qeyd olunub ki, Ermənistan tərəfinə təxribatlara son qoymaq və qəsdən vəziyyətin gərginləşdirilməməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq, mayın 11-i səhər saatlarından etibarən Ermənistan Silahlı Qüvvələri vəziyyəti daha da gərginləşdirib. Azərbaycan Ordusunun mövqelərini minaatanlardan atəşə tutub, təxribatlar nəticəsində 1 hərbi qulluqçumuz həlak olub.
Rəsmi Bakı vurğulayıb ki, Ermənistanın təxribatlarının hər zaman olduğu kimi sülh sazişi üzrə danışıqların intensivləşdiyi, eləcə də liderlər arasında gözlənilən danışıqlar fonunda baş verməsi bu ölkənin sülh prosesində maraqlı olmadığını göstərir. Beynəlxalq ictimaiyyət Ermənistanın danışıqlar prosesinə xələl gətirən bu kimi əməllərini ciddi formada rədd etməli və qınamalıdır. Ermənistanın təxribatlarının qarşısını almaq məqsədilə Azərbaycan Silahlı Qüvvələri bütün lazımi tədbirləri görür.
“Vəziyyətin qəsdən gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”, – deyə XİN-in yaydığı məlumatda bildirilib.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
