Rusiya agenturası kimlərlə mübarizəyə başladı? | Torosyandan sensasiyalı açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
“Rusiya agenturası Rusiyaya Ermənistan ərazisindən dəhliz vermək istəyir”.
Bunu Ermənistanın hakim “Vətəndaş müqaviləsi” partiyasının deputatı Arsen Torosyan deyib.
“Ermənistanın müxalif siyasi spektrinin böyük bir hissəsi artıq bir neçə ildir ağzı köpüklənə-köpüklənə 10 noyabr bəyanatına istinad edir. Bu gün isə bütün Rusiya agenturası özünü “Amerika dəhlizi” ilə mübarizəyə atıb.
Artıq “dərhal verilməlidir, yoxsa fəlakət olacaq” demirlər, çünki onlara görə indi dəhlizi alan Rusiya yox, ABŞ-dir. Bütün bunlar əslində kimin ekstraterritorial dəhliz vermək və kimə vermək istədiyini bir daha sübut edir.
Rusiya agenturası Rusiyaya Ermənistan ərazisindən dəhliz vermək istəyir, indiki hakimiyyət isə ərazi bütövlüyü, suverenlik, yurisdiksiya və qarşılıqlılıq prinsipləri çərçivəsində bütün yolların açılmasını istəyir. Bizim fərqimiz budur”, – A.Torosyan bildirib.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
