Rusiya bu dəfə İrəvanı xilas etmək üçün yox, cəzalandırmaq üçün hərəkətə keçəcək
Yeniliklərdən dərhal xəbərdar olun
“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.
“Səhər bir, axşam bir söz deyən Nikol Paşinyanın gizli planı” adlı süjetdə Ermənistanın Baş naziri Nikol Paşinyanın Parisdə sülh prosesinin üzərindən xətt çəkməsindən və Cənubi Qafqazda yeni müharibə anonsu verməsindən bəhs olunur.
Bildirilir ki, N.Paşinyan Fransaya səfərindən bir neçə gün öncə – fevralın 17-də Münxendə Prezident İlham Əliyevin qarşısında sülhdən danışıb, bu görüşü konstruktiv və müsbət adlandırıb. Lakin Münxendən Parisə yollanan N.Paşinyan adəti üzrə 180 dərəcə siyasi dönüş edib.
Səhər bir, axşam başqa söz deyən N.Paşinyanın Parisdə Emmanuel Makronla görüşdən sonra “France 24” kanalına müsahibəsində səsləndirdiyi fikirlərin fonunda bölgədə yaşananlar ciddi risklərdən xəbər verir.
O, Fransa Prezidenti ilə görüşdən sonra “Azərbaycan Ermənistana yeni hücuma hazırlaşır” iddiasını irəli sürərək deyib ki, Azərbaycanın Ermənistanın ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını tanımaması “hücuma hazırlıq”dan xəbər verir”.
Qeyd olunur ki, N.Paşinyan bir tərəfdən bütün vasitələrlə sülh sazişini imzalamaqdan qaçır, digər tərəfdən Azərbaycanın Ermənistanın ərazi bütövlüyü və sərhədini tanımasını istəyir. Bu ilk baxışda erməni Baş nazirin siyasi diletantlığı kimi görünsə də, əslində, o, hiyləgərlik edir və məqsədi beynəlxalq ictimai rəydə Azərbaycanı aqressiv tərəf kimi göstərməkdir.
#Nikol Paşinyan teqi istifadə olunub
- Paşinyan hakim partiyanın yüksək nəticəsindən razı qalmayıb, dövlətyönümlü müxalifətin formalaşmasını vacib sayır
- Paşinyan “üçbaşlı müharibə partiyası” deyəndə kimləri nəzərdə tutur? - Baku TV CANLI
- “Əgər məqsəd sülhdürsə, o zaman...” | Paşinyanın 2031 sözündən sonra 2028-i göstərməsi nə deməkdir?
- Paşinyan gah sülhə tələsir, gah da onu gecikdirir
- Paşinyan Konstitusiyanı dəyişmək üçün növbədənkənar seçkilərə gedir? - AKTUAL GÜNDƏM
