Pleyeri seçin:

Rusiya kənarda qaldı, Zəngəzur dəhlizi... | “Hraparak” ABŞ-nin məqsədini açıqladı?

04 iyul 2025 231 baxış

Zəngəzur dəhlizi ilə bağlı Azərbaycan, Türkiyə və Ermənistan arasında əldə edilmiş razılaşmanın məxfiliyi ləğv edilib.

Bu iddia ilə “Hraparak” qəzeti çıxış edib.

Erməni nəşrinə görə, Ermənistan Baş naziri Nikol Paşinyanın iyunun 20-də Türkiyəyə səfərində dəhlizin açılması məsələsi razılaşdırılıb.

“Son günlər mediada həmin səfər zamanı əldə olunan razılaşma məxfilikdən çıxarılır. Məlumata görə, Ermənistan, Türkiyə və Azərbaycan Zəngəzur dəhlizi layihəsi üzrə razılığa gəlib ki, bu da regional geosiyasət və nəqliyyat şəbəkələrində ciddi dəyişikliyə səbəb ola bilər. İyulun 3-də ABŞ-nin planının da məxfiliyi ləğv edilib. Bu plana görə, dəhlizə nəzarət özəl ABŞ şirkətinə veriləcək. Həmçinin bu plana əsasən, Rusiya dəhlizə nəzarətdən kənarda qalacaq”.

“Hraparak” qeyd edib ki, ABŞ-nin planı anti-Rusiya xətti tutan Ermənistan hakimiyyətinin maraqlarına uyğundur.

“Dünən Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanın iyulun sonunda Dubayda görüşəcəyi xəbəri də yayılıb. Paşinyanın mətbuat katibi ümumi danışaraq həmin məlumatı təkzib etməyib: “Baş nazirin səfərləri ilə bağlı lazımi məlumatlar vaxtında verilir”, ‒ nəşr əlavə edib.

Banner
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 231 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 231 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 231 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 231 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 231 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 231 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 231 baxış
Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Siyasət
28 oktyabr 2026 231 baxış
Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Siyasət
28 oktyabr 2026 231 baxış
Prezident Administrasiyasının sabiq rəhbərinin cəzası nə oldu? | Məhkəmə qərar verdi - Baku TV

Prezident Administrasiyasının sabiq rəhbərinin cəzası nə oldu? | Məhkəmə qərar verdi - Baku TV

Siyasət
27 oktyabr 2026 231 baxış
Seçilmişlər
icon