Pleyeri seçin:
Rusiya sülhməramlıları Ermənistanda qalacaq? - Qriqoryan açıqladı
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
“Qarabağdan çıxarılan Rusiya sülhməramlıları Gorus və Qarakilsədəki müvəqqəti dislokasiya məntəqələrinə istiqamətləndirilirlər”.
Bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan yerli mətbuata müsahibəsində bildirib.
“Ermənistan hökuməti vaxtilə Rusiyanın sülhməramlı birləşmələri Qarabağa gəldikdə onlar üçün müvəqqəti yerləşdirmə məntəqələri ayırıb. İndi Qarabağdan çıxan sülhməramlılar həmin məntəqələrə qayıdıblar. Rusiya sülhməramlı qoşunları Qarabağı tərk edir. Təbii ki, onlar Ermənistanda da qala bilməzlər. Odur ki, hazırda həmin məntəqələrin bağlanması üzrə iş gedir. Sülhməramlıların bir qismi məhz bu məntəqələrin sökülməsi üçün ora qayıdıblar”, – deyə A.Qriqoryan qeyd edib.
Kopyalandı
#Qarabağ teqi istifadə olunub
- Qarabağın ekoloji faciəsi gündəmə çıxarılacaq?
- Ermənistan COP17-yə ev sahibliyi edəcək | Qarabağın ekoloji faciəsi gündəmə gətiriləcək? - Baku TV
- Azərbaycanın ədalət dərsi qisas deyil, sülhdür - Baku TV
- Konfrans iştirakçılarının Qarabağ səfəri hansı məqamlarla yadda qalıb? - Baku TV
- Keçmiş köçkünlər doğma yurdlarına qayıdarkən nələr yaşadılar - Baku TV
