Rusiya XİN-dən Qarabağla bağlı vacib açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
Qarabağdakı Rusiya sülhməramlılarının fəaliyyəti mövcud şəraitə uyğunlaşdırılacaq.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova oktyabrın 10-u keçirdiyi ənənəvi brifinqdə bildirib. Onun sözlərinə görə, son bir ildə Qarabağdakı vəziyyət ciddi şəkildə dəyişib:
“2022-ci ilin oktyabrında Avropa İttifaqının himayəsi altında keçirilən Praqa sammitində Ermənistanın Baş naziri Qarabağ regionunu Azərbaycan ərazisi kimi tanıyıb. O, bu mövqeyini bu ilin may və iyun aylarında Brüsseldə keçirilən sammitlərdə bir daha təsdiqləyib. Bununla da Rusiya sülhməramlı kontingentinin regiona yerləşdirilməsi şərtləri ciddi şəkildə dəyişib. 19-20 sentyabrdakı toqquşmalardan sonra əhalinin kütləvi şəkildə regionu tərk etməsi fonunda sülhməramlıların fəaliyyəti uyğunlaşdırılacaq. Bu barədə bir müddət əvvəl Rusiya Prezidenti də deyib. Artıq Rusiya sülhməramlılarının bir sıra stasionar və müvəqqəti müşahidə postları yığışdırılıb. Sülhməramlılarımıza aid prinsipial məsələlər artıq dediyimiz kimi, Bakı ilə müzakirə olunur”.
Mariya Zaxarova Rusiya, Azərbaycan və Ermənistan arasında üçtərəfli danışıqların növbəti raundunun nə vaxt keçiriləcəyi ilə bağlı suala cavabında isə bildirib ki, bu barədə tarix bəlli olan kimi məlumat veriləcək.
#Rusiya Xarici İşlər Nazirliyi teqi istifadə olunub
- Tehrana səfər edən Lavrov iranlı həmkarı ilə nələri müzakirə etdi? - Baku TV CANLI
- Moskva Bakı ilə münasibətlərdə ortaq faciə səhifəsinin çevrildiyini açıqlayır
- “Azərbaycan da məcbur olacaq ki...” | Rusiya “səhifə çevrildi” dedi, bəs bundan sonra? - Baku TV
- Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama - Baku TV
- ABŞ-nin Rusiyaya qarşı sanksiyaları genişlənir | Moskva Pekindən nə gözləyir? - Baku TV
