Pleyeri seçin:

Rusiyadan asılı olan Ermənistan çətin vəziyyətdə qala bilər

28 noyabr 2023 104 baxış

Ermənistanın anti-Rusiya mövqeyi özünün ən yüksək mərhələsinə çatıb. Təbii ki, bu addımların arxasında Qərbin dayandığı sirr deyil.

Halbuki Ermənistan Rusiyanın azsaylı müttəfiqlərindən biridir və İrəvanın Moskvadan kritik şəkildə asılılığı var. Buna misal olaraq, 51 faiz iqtisadi asılılığı, 90 faiz strateji məhsulların asılılığını, 80 faiz pul köçürmələri və investisiyalardakı asılılığı göstərmək olar.

Yəni Rusiya dolayısı ilə Ermənistanı tam olaraq idarə edir və bu ölkəni cəzalandırmaq üçün bütün mümkün variantlara malikdir. Görünən mənzərə isə budur ki, Ermənistan hər keçən gün öz sonunu daha da yaxınlaşdırır.

Politoloq Azad Məsiyev Ermənistanın hazırkı mövqeyini Baku TV-yə şərh edib. O bildirib ki, Rusiyanın iqtisadi-siyasi baxımdan Ermənistana təsir rıçaqları çox genişdir:

“Coğrafi baxımdan da Ermənistanın birbaşa dünya bazarlarına çıxacaq sərhədləri yoxdur. Ermənistanın idxal-ixrac əməliyyatı Rusiya bazarına bağlıdır. Ermənistan rəhbəri Nikol Paşinyan Qərbin əlində alətə çevrilib. Bu isə Cənubi Qafqazda stabilliyin pozulmasına səbəb ola bilər.

Hesab edirəm ki, Ermənistan bu məsələdə ehtiyatlı davranmalıdır. Çünki Rusiya bunu bağışlamayacaq. Əlində olan iqtisadi-siyasi imkanlardan istifadə edərək Ermənistan rəhbərliyini diz üstə çökdürəcək”.

Mövcud vəziyyət onu deməyə əsas verir ki, Ermənistanın Rusiyanı Qərbə dəyişməsi hələlik qeyri-mümkündür. Lakin İrəvan Moskvanı qəzəbləndirməyə davam etsə, Şimaldan əsən küləyin gec-tez özünü göstərməsi də istisna deyil. Zərərçəkən isə həmişə olduğu kimi, yenə də erməni xalqı olacaq.

Banner
Prezident İlham Əliyev İƏT ölkələrinin nümayəndələrinə müraciət ünvanlayıb - Baku TV

Prezident İlham Əliyev İƏT ölkələrinin nümayəndələrinə müraciət ünvanlayıb - Baku TV

Siyasət
28 oktyabr 2026 104 baxış
Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Siyasət
28 oktyabr 2026 104 baxış
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 104 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 104 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 104 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 104 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 104 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 104 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 104 baxış
Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Siyasət
28 oktyabr 2026 104 baxış
Seçilmişlər
icon