Rusiyalı ekspertdən açıqlama: Azərbaycanın icazəsi olmadan Rusiya hərbçiləri regionda qala bilər?
Yeniliklərdən dərhal xəbərdar olun
2025-ci ilin noyabrında Rusiya sülhməramlı kontingentinin Qarabağda qalma müddəti bitir.
Rusiyalı ekspert Boqdan Bezpalko isə hesab edir ki, sülhməramlılar regionda daha uzun müddət qala bilərlər:
“Sülhməramlıların varlığı regionda zəruridirmi? Onların mövcudluğu necə stabilliyə xidmət edəcək? İkinci ən mühüm məqam isə ondan ibarətdir ki, rus hərbi bazası Ermənistanın Gümrü şəhərində qalacaqmı?
Hazırda yaşanan İsrail-HƏMAS gərginliyi də regiondan yan ötüşməyə bilər. Bütün bu faktları nəzərə alaraq qeyri-stabillik və gərginlik fonunda Rusiya sülhməramlıları daha uzun müddət qala bilərlər”.
2023-cü ilin sentyabrında 23 saatlıq antiterror tədbirlərindən sonra regionda mövcud vəziyyət dəyişib. Rəsmi Bakı bölgədə təhlükəsizliyə tam nəzarət etmək iqtidarındadır. Ermənistan sülhməramlılarla bağlı məsələdə də tərəf olmaqdan çıxıb.
Hərbi ekspert Ədalət Verdiyev bildirib ki, Azərbaycan Ordusunun aktiv fəaliyyəti rusları da ağır bir əzabdan xilas edib:
“Odur ki, böyük ehtimalla ruslar gələn ilin ortalarından sonra Azərbaycan ərazilərində öz hissə və bölmələrini çıxarmağa başlaya bilərlər. Amma heç bir halda rusların Azərbaycan ərazisində 2025-ci ildən sonra qalması qətiyyətlə nəzərdə tutulmur”.
#Qarabağ teqi istifadə olunub
- Qarabağın ekoloji faciəsi gündəmə çıxarılacaq?
- Ermənistan COP17-yə ev sahibliyi edəcək | Qarabağın ekoloji faciəsi gündəmə gətiriləcək? - Baku TV
- Azərbaycanın ədalət dərsi qisas deyil, sülhdür - Baku TV
- Konfrans iştirakçılarının Qarabağ səfəri hansı məqamlarla yadda qalıb? - Baku TV
- Keçmiş köçkünlər doğma yurdlarına qayıdarkən nələr yaşadılar - Baku TV
