Pleyeri seçin:

Rusiyalı ermənipərəst politoloq İrəvan və Moskvanın münasibətlərindən danışdı | Detallar üzə çıxdı

11 dekabr 2024 334 baxış

“Biz ikitərəfli münasibətlərin ən çətin mərhələsindəyik”.

Bunu “Ermənistan və Rusiya qlobal və regional islahatlar kontekstində: dərslər və strateji seçim” mövzusunda keçirilən konfransda rusiyalı ermənipərəst politoloq Sergey Markedonov deyib.

“2-3 il əvvəl demişdim ki, Ermənistan Rusiyanın strateji müttəfiqidir, Gürcüstan NATO-ya meyilli, Azərbaycan isə yelləncək siyasət yürüdən ölkədir. Bu gün vəziyyət çox dəyişib. Rusiya və Ermənistan münasibətləri böhran içindədir.

KTMT-nin sadəcə olaraq səmərəsiz struktur deyil, Ermənistanın təhlükəsizliyinə təhdid olması barədə fikirlər səsləndirilirsə, bu, tamam başqa vəziyyətdir. Belə bir vəziyyətdə qurulmuş münasibətləri kökündən pozmaq yolunu tuta, onların artıq aktual olmadığını söyləyib nöqtə qoya bilərsiniz. Amma mənə elə gəlir ki, vəziyyət tamamilə əldən çıxmayıb, siyasətçilər dəyişir, amma münasibətlər qalmalıdır.

Mövcud böhran vəziyyətindən çıxmaq üçün iki suala cavab verməlisiniz: Ermənistanın Rusiyaya, Rusiyanın Ermənistana nəyə görə ehtiyacı var? Bu suallara cavab olmadan heç nə alınmayacaq. Bu, mühüm amildir. Nikol Paşinyan, Tiqran Avinyan və başqalarından danışanda başa düşməliyik ki, SSRİ dağılan zaman N.Paşinyanın 17, Alen Simonyanın 11, T.Avinyanın isə 2 yaşı var idi. Diqqətinizi zəif nəticə göstərən Rusiyaya yönəltməzdən əvvəl özünüzdən soruşmalısınız: Yüksəkkeyfiyyətli alternativ nədir?”, – o bildirib.

S.Markedonov qeyd edib ki, indi Qərbdən heç bir keyfiyyətli təklif görmür:

“Üstəlik, amerikalı diplomatlar tam dəqiqliklə bildiriblər ki, Qafqazda sülhün əsas məqsədi həm də Rusiya və Çinə alternativ yoldur. Burada nə aydın deyil? Bu vəziyyətdə Ermənistana sadəcə təslim olmaq təklif edilmir, eyni zamanda Rusiyaya qarşı düşmənçiliyi gücləndirilir.

Ermənistan Rusiya üçün son dərəcə vacib ölkədir. Ermənistan həm birləşdirici halqa kimi iri Avrasiya layihəsinə, həm də Qafqazda mövcudluğuna görə Rusiyaya lazımdır”.

Banner
Ankaradan gələn telefon zəngi və gərginlikdən çıxan siyasi mesajlar - Baku TV

Ankaradan gələn telefon zəngi və gərginlikdən çıxan siyasi mesajlar - Baku TV

Siyasət
22 oktyabr 2026 334 baxış
Qarabağ gərginliyi Ermənistanda azərbaycanlıların həyatını necə dəyişdi? - Baku TV

Qarabağ gərginliyi Ermənistanda azərbaycanlıların həyatını necə dəyişdi? - Baku TV

Siyasət
22 oktyabr 2026 334 baxış
AXC-nin İrəvan qərarı və Ermənistanın sonrakı iddiaları - Baku TV

AXC-nin İrəvan qərarı və Ermənistanın sonrakı iddiaları - Baku TV

Siyasət
22 oktyabr 2026 334 baxış
Türkiyədə Azərbaycanı hədəf alan dairələr kimlərdir?

Türkiyədə Azərbaycanı hədəf alan dairələr kimlərdir?

Siyasət
22 oktyabr 2026 334 baxış
"Azərbaycan ona görə bunu etdi ki..." | İrəvanın yeni TRIPP açıqlaması barədə siyasi şərh - Baku TV

"Azərbaycan ona görə bunu etdi ki..." | İrəvanın yeni TRIPP açıqlaması barədə siyasi şərh - Baku TV

Siyasət
22 oktyabr 2026 334 baxış
Qardaşlığın gələcəyi necə qorunacaq? - Baku TV CANLI

Qardaşlığın gələcəyi necə qorunacaq? - Baku TV CANLI

Siyasət
22 oktyabr 2026 334 baxış
Bakıda 3-cü İslam Maliyyə Forumu işə başlayıb - Baku TV

Bakıda 3-cü İslam Maliyyə Forumu işə başlayıb - Baku TV

Siyasət
22 oktyabr 2026 334 baxış
Etnik təmizləmədən yan keçən kənd: Ardanış azərbaycanlıları 1980-ci illərdə niyə qovuldu?

Etnik təmizləmədən yan keçən kənd: Ardanış azərbaycanlıları 1980-ci illərdə niyə qovuldu?

Siyasət
22 oktyabr 2026 334 baxış
Türkiyədə Azərbaycanı hədəf alanlar | Ölkəmizə qarşı kampaniyanın arxasında kimlər var? - Baku TV

Türkiyədə Azərbaycanı hədəf alanlar | Ölkəmizə qarşı kampaniyanın arxasında kimlər var? - Baku TV

Siyasət
22 oktyabr 2026 334 baxış
Xamenei Qalibafla görüşdü | Zelenskidən Ukrayna barədə gözlənilməz açıqlama - YENİ BİR SƏHƏR

Xamenei Qalibafla görüşdü | Zelenskidən Ukrayna barədə gözlənilməz açıqlama - YENİ BİR SƏHƏR

Siyasət
22 oktyabr 2026 334 baxış
Seçilmişlər
icon