Pleyeri seçin:

Rusiyalı politoloq Azərbaycan-Ermənistan sərhədindəki təxribatdan danışdı

14 fevral 2024 395 baxış

“Şərti sərhəddəki təxribat Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasını ləngidir. Belə addımların təbii olaraq müəyyən nəticələri olacaq”.

Bunu rusiyalı politoloq Darya Qrevtsova Ermənistan Silahlı Qüvvələrinin fevralın 12-si və 13-də Azərbaycanla şərti sərhəddə törətdiyi təxribatı şərh edərkən deyib.

O, silahlı təxribatın səbəblərini, kimlər tərəfindən törədilməsi ilə bağlı ehtimallarını da açıqlayıb:

"Birincisi, bunlar Nikol Paşinyana tabe olmayan, öz təşəbbüsü ilə vəziyyəti gərginləşdirməyə çalışan silahlı birləşmələr ola bilər. Düşünürəm ki, bu, təsadüfən edilməyib. Ermənistan hakimiyyəti günahkarı tapmalı, onu açıq şəkildə cəzalandırmalı və məsuliyyətə cəlb etməlidir.

İkinci versiya isə ondan ibarətdir ki, bunlar Ermənistan və Azərbaycan sərhədində müşahidəçi missiyalarının sayının artırılmasında maraqlı olanlardır. Daha dəqiq desək, bu, ilk növbədə, özünü Ermənistanın müdafiəçisi kimi göstərməyə çalışan Avropa Birliyi və Fransadır.

Onlar Ermənistana daxil olaraq orada təkcə hərbi sahədə deyil, xüsusi xidmətdə çalışan daha çox adam yerləşdirmək, Ermənistanı tam olaraq nəzarət altına almaq istəyirlər. Ermənistan hakimiyyəti isə öz növbəsində bundan razıdır.

İrəvanda ümid edirlər ki, Qərb onlara kömək edəcək və regionda kənar iştirakçılar nə qədər çox olarsa, bu, Ermənistan üçün bir o qədər faydalı olacaq. N.Paşinyan regiona avropalı müşahidəçilər missiyasını cəlb etmək, genişləndirmək və hərbi-mülki vəziyyətə gətirmək istəyir.

Qərbin vəzifəsi daha çox məlumat toplamaq, siyasi elitaya və ictimaiyyətə təsir etməkdir. Onlar İrəvanı artıq uzun zamandır ki, Rusiyanın yanından kənara çəkməyə çalışırlar. Ötən günlərdə Azərbaycana qarşı törədilən bu təxribat Avropa xüsusi xidmət orqanlarının tövsiyəsi ilə təşkil edilib”.

Banner
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 395 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 395 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 395 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 395 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 395 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 395 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 395 baxış
Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Siyasət
28 oktyabr 2026 395 baxış
Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Siyasət
28 oktyabr 2026 395 baxış
Prezident Administrasiyasının sabiq rəhbərinin cəzası nə oldu? | Məhkəmə qərar verdi - Baku TV

Prezident Administrasiyasının sabiq rəhbərinin cəzası nə oldu? | Məhkəmə qərar verdi - Baku TV

Siyasət
27 oktyabr 2026 395 baxış
Seçilmişlər
icon