Rusiyalı politoloq: Azərbaycan sərt şəkildə cavab verməlidir
Yeniliklərdən dərhal xəbərdar olun
İkinci Qarabağ müharibəsində acı məğlubiyyətə uğrayan, ordusu darmadağın olan təcavüzkar Ermənistanın yenidən sərhəd təxribatlarına əl atması Azərbaycanda əsəbləri tarıma çəkib.
Belə ki, aprelin 11-də Ordumuzun Laçın istiqamətindəki mövqeləri minaatan və iriçaplı silahlardan atəşə tutulub. Təxribatın qarşısını alarkən Ordumuzun 3 hərbi qulluqçusu şəhid olub.
Ermənistan Silahlı Qüvvələrinin son insidentini Baku TV-yə şərh edən rusiyalı politoloq İqor Korotçenko bildirib ki, bu, İrəvanın Avropa İttifaqının monitorinq missiyası adı altında həyata keçirdiyi silahlı təxribatlar siyasətinin davamıdır və bütün bunlar öncədən planlaşdırılıb.
“Bu təxribat zamanı Ermənistanın müdafiə naziri Suren Papikyan NATO-nun qərargahında idi, Paşinyan isə Ermənistan Müdafiə Nazirliyində planlar qururdu. Biz bu vəziyyəti planlı silahlı aksiya, İrəvanın qeyri-konstruktiv hərəkətlərinin davamı kimi qiymətləndiririk”, – deyə o qeyd edib.
#İqor Korotçenko teqi istifadə olunub
- Qərbdə hörmət edilən liderdir... | Korotçenko İlham Əliyevin Albaniyaya səfərindən danışdı
- Korotçenko Pezeşkianın Azərbaycana dünənki səfərini şərh etdi | İkitərəfli əməkdaşlıq üçün...
- AB və Rusiya arasında hərbi toqquşma yaxınlaşır? - Makrona sərt reaksiya
- Korotçenko Tramp və Putin arasındakı telefon danışığını şərh etdi | Bir saat yarım davam edən zəng
- Cənubi Qafqazla bağlı ağlasığmaz qərar | Korotçenkodan regionu silkələyəcək açıqlama
