Rusiyalı politoq erməni məhbusların azad edilməsini şərh etdi
Yeniliklərdən dərhal xəbərdar olun
“Nə Bakının, nə də İrəvanın Rusiyanın vasitəçiliyinə ehtiyacı var, onlar Rusiyanın Cənubi Qafqazdan çıxmasını təmin etməkdə həmrəydirlər”.
Bu sözləri rusiyalı politoloq Vladimir Lepexin ermən mediasına müsahibəsində deyib.
O əlavə edib ki, Azərbaycanın Türkiyə də daxil olmaqla, öz müttəfiqləri var, Ermənistan isə Qərbə doğru gedir, ona görə də Rusiya heç kimə lazım deyil:
“Əliyevin erməni məhbusları azad etmək qərarı bu yaxınlarda Azərbaycanda səfərdə olan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Braynın hədiyyəsidir. Dövlət katibinin köməkçisi səfərinin nəticələrini göstərməkdə maraqlıdır. Onun rəhbəri Blinken də bunda maraqlıdır. Əliyev çox gözəl anlayır ki, ABŞ dövlət katibinin köməkçisinin çevik olması və Azərbaycanın düzgün istiqamətdə getdiyini söyləməsi üçün ona hədiyyə vermək lazım idi. Əliyev də bunu etdi. O, əsirləri azad etməyə və Ermənistanla dialoqa getməyə hazır olduğunu göstərdi. Hər kəs öz bonusunu aldı. Amma ən böyük bonusu ABŞ alıb. O vaxt xoşbəxt olacaq ki, vəziyyətə nəzarət etsin, sülhməramlı kimi regiona daxil olsun və Rusiya getsin”.
#Azərbaycan teqi istifadə olunub
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Hindistan Azərbaycan və Ermənistan arasındakı sülh prosesini alqışladı - Baku TV
- Orta Dəhliz layihəsində Bakı ilə Tbilisi hansı yeni addımları atacaq? - Baku TV
- İki ölkə arasında nə dəyişəcək? | Siyasi yaxınlıq iqtisadi sıçrayışa çevrilə bilərmi? - Baku TV
