Sahibə Qafarova BMT Baş Assambleyasında Ermənistanın ekoloji terrorundan danışıb
Yeniliklərdən dərhal xəbərdar olun
Milli Məclisin sədri Sahibə Qafarova BMT Baş Assambleyasının Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaqda transformativ həll yolu kimi sıfır tullantıların roluna dair yüksək səviyyəli iclasında iştirak edib.
O, çıxışında Ermənistanın Azərbaycanın tarixi torpaqlarında apardığı ekoloji terrora diqqət çəkib.
“Mən qəti şəkildə inanıram ki, bütün ölkələrin indiki və gələcək nəsillər üçün ətraf mühiti qorumaqdan ötrü mənəvi və hüquqi öhdəlikləri var. Təəssüf ki, heç də hər ölkə bu öhdəliklərə əməl etmir. Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisinin 20 faizi Ermənistan tərəfindən ekoloji terrora məruz qalıb. Ermənistan meşələrimizi və təbiət qoruqlarımızı məhv edib, təbii sərvətlərimizi qeyri-qanuni istismar edib və torpaqlarımızı çirkləndirib. Ermənistandan Azərbaycan ərazisinə axan transsərhəd çayları da çirkləndirilib”, - deyə Milli Məclisin sədri bildirib.
Sahibə Qafarova deyib ki, 2020-ci ildə tarixi torpaqlarını erməni işğalından azad edən Azərbaycan bu torpaqlarda genişmiqyaslı yenidənqurma və bərpa işlərinə başlayıb.
#Sahibə Qafarova teqi istifadə olunub
- Bakıdan islam dünyasına hansı mesajlar verildi? | Tərəflər razılığa yaxınlaşır? - YENİ BİR SƏHƏR
- İslam Əməkdaşlıq Təşkilatının Parlament İttifaqı toplandı - Baku TV
- Sahibə Qafarova İqor Sergeyenko ilə görüşdü - Baku TV
- Bakı İrəvan və Moskva ilə əlaqələri balanslı şəkildə inkişaf etdirir
- Azərbaycan və Ermənistan parlament sədrləri İstanbulda bir araya gəldi - Baku TV CANLI
