Sahibə Qafarovanın ATƏT nümayəndələrinə müraciəti
Yeniliklərdən dərhal xəbərdar olun
“Azərbaycanda Milli Məclis və ATƏT PA tərəfindən təşkil edilən konfrans iştirakçılarının sabah Zəngilana səfərinin həyata keçirilməməsi ilə bağlı Ermənistan nümayəndə heyəti konfrans iştirakçılarına məktub göndərib” .
Bunu Milli Məclisin sədri Sahibə Qafarova “Yaşıl iqtisadiyyat, nəqliyyat əlaqələndirilməsi və dayanıqlı inkişaf vasitəsilə təhlükəsizlik və sabitliyin təşviqində milli parlamentlərin rolu” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
“Zəngilana səfər edib-etməmək sizin öz seçiminizdir. Ancaq nəzərə alın ki, siz ora getsəniz, ermənilərin Azərbaycan ərazilərində törətdiyi dağıntıları öz gözlərinizlə görəcəksiniz. Eyni zamanda Azərbaycanın qısa müddətdə həmin ərazilərdə həyata keçirdiyi bərpa və quruculuq işlərini öz gözlərinizlə görəcəksiniz ”, – deyə S.Qafarova əlavə edib.
#Sahibə Qafarova teqi istifadə olunub
- Bakıdan islam dünyasına hansı mesajlar verildi? | Tərəflər razılığa yaxınlaşır? - YENİ BİR SƏHƏR
- İslam Əməkdaşlıq Təşkilatının Parlament İttifaqı toplandı - Baku TV
- Sahibə Qafarova İqor Sergeyenko ilə görüşdü - Baku TV
- Bakı İrəvan və Moskva ilə əlaqələri balanslı şəkildə inkişaf etdirir
- Azərbaycan və Ermənistan parlament sədrləri İstanbulda bir araya gəldi - Baku TV CANLI
