Separatçılar ərzaqları anbarlarda gizlədirmiş: blokada və aclıq yalanlarının ifşası
Yeniliklərdən dərhal xəbərdar olun
Erməni jurnalist Bella Lalayan Xankəndidəki ərzaqla dolu anbarların görüntülərini əks etdirən video paylaşıb. O, ləğv edilmiş separatçı rejimin qondarma liderlərini Qarabağ ermənilərinə qarşı sui-qəsddə ittiham edib.
Bu barədə “Caliber” məlumat verir. “Əxlaqsızlar! Mən sizə nə ad verəcəyimi bilmirəm ki, ürəyim soyusun. Bu qədər günahsız insanın həyatını aldığınıza, düşmənliyinizə, əzablı günlərə görə indi Qarabağ erməniləri hesab ödəyirlər”, – deyə jurnalist yazır.
“Canavarlar! Bundan sonra necə fikirləşməyəsən ki, benzin çənini də siz partlatmamısınız?! Qarabağlılar, erməni milləti hər zaman dünyanın hər yerində bu canilərin, onların şər ruhlarının məhv edilməsi milli ideyaya çevrilməlidir”, – deyə B.Lalayan bildirib.
#Qarabağ teqi istifadə olunub
- Qarabağın ekoloji faciəsi gündəmə çıxarılacaq?
- Ermənistan COP17-yə ev sahibliyi edəcək | Qarabağın ekoloji faciəsi gündəmə gətiriləcək? - Baku TV
- Azərbaycanın ədalət dərsi qisas deyil, sülhdür - Baku TV
- Konfrans iştirakçılarının Qarabağ səfəri hansı məqamlarla yadda qalıb? - Baku TV
- Keçmiş köçkünlər doğma yurdlarına qayıdarkən nələr yaşadılar - Baku TV
