Separatçılar ordumuza qarşı növbəti təxribata hazırlaşır
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazilərimizdəki qeyri-qanuni erməni silahlı dəstələri təxribat əməllərini davam etdirirlər.
APA-nın məlumatına görə, əldə edilən görüntülərdən aydın olur ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazilərimizəki qanunsuz erməni silahlı dəstələri Ordumuzun mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğuları quraşdırmağa, yeni mövqelər quraraq orada tərtiblənməyə cəhd göstərirlər.
Oxu.Az-ın məlumatına görə isə qanunsuz erməni silahlı qruplaşmaları döyüş texnikasını maskalamaq üçün mühəndis işlərini davam etdirirlər. Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazilərimizdəki qanunsuz erməni silahlı dəstələrinin döyüş texnikasının kaponirləri müşahidə edilir.
Qeyd edək ki, qeyri-qanuni erməni silahlı dəstələrinin bu kimi təxribat əməlləri son vaxtlar daha da intensivləşib.
#Erməni separatçıları teqi istifadə olunub
- "Uşaq qatilləri Azərbaycan həbsxanalarında öz cəzalarını çəkirlər" | İlham Əliyev - Baku TV
- Arayik Harutyunyan və digərlərinin işi üzrə materiallar tədqiq olunub - Baku TV
- Araik və digərlərinin məhkəməsində diqqətçəkən proses | Nələr yaşandı? - Baku TV
- Ermənistan vətəndaşlarının müdafiəçiləri məhkəmədən nə istədi? - Baku TV
- Ermənistan vətəndaşlarının məhkəməsində nələr baş verdi? | Diqqətçəkən anlar - Baku TV
