Separatçıların yeni "Artsax" planı: 2 yeni plan ifşa olundu
Yeniliklərdən dərhal xəbərdar olun
Qarabağdan Ermənistana qaçan separatçılar Azərbaycana qarşı yeni planlarını işə salmağa hazırlaşır.
Ermənistan mediası bunu “ikinci plan” adlandırır. Birinci plan olaraq erməni kilsəsinin qondarma “Artsax yeparxiyasını” ləğv etməməsi, fəaliyyətini dəstəkləməsi göstərilir.
“Hraparak” nəşri yazır ki, ikinci addımı separatçıların qondarma parlamenti atacaq.
“Bu həftə iclas keçiriləcək. İlk dəfə qondarma deputatlar bir araya toplaşacaq. Artıq onlar Paşinyan hakimiyyətinə tabe olmaq istəmirlər və “Artsax” məsələsini bağlamaq niyyətində deyillər”, – nəşr yazır.
Məlumata görə, qondarma deputatlar Azərbaycana qarşı separatizmin davam etdirilməsini müzakirə edəcək.
Qeyd edək ki, erməni separatçıların bu və bu kimi addımlarının praktiki olaraq Azərbaycana təhlükə yaratmaq imkanı yoxdur, hərçənd, separatizmin davam etdirilməsi Azərbaycan və Ermənistan arasında sülh sazişini ləngidə bilər. Separatçılar aktivləşməklə Ermənistanda mövcudluqlarını qorumağa çalışırlar.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
