Silah istehsalında güclü olan ölkələr sursat tələbatını niyə qarşılaya bilmir? - HƏRBİ XRONİKA
Yeniliklərdən dərhal xəbərdar olun
“Hərbi xronika”nın budəfəki buraxılışında müasir müharibələrdə döyüş sursatı təminatının həlledici rolu və aparıcı hərbi sənaye ölkələrinin bu sahədəki istehsal yarışı təhlil olunub.
Bildirilib ki, Ukrayna müharibəsi texnoloji üstünlüklə yanaşı, cəbhənin fasiləsiz artilleriya mərmiləri ilə təmin edilməsinin vacibliyini üzə çıxarıb.
Estoniya kəşfiyyatının hesabatına görə, müharibə iqtisadiyyatına keçən Rusiya 2025-ci ildə istehsalı 17 dəfədən çox artıraraq 7 milyon ədəd iriçaplı sursat hazırlayıb, lakin tələbatı ödəmək üçün İran və Şimali Koreyadan da milyonlarla mərmi almalı olub.
Qeyd olunub ki, Qərb ölkələri də ehtiyatları bərpa etmək üçün istehsal güclərini genişləndirir. NATO-nun Avropa üzvləri 155 millimetrlik mərmi istehsalını 2025-ci ildə 1,6–1,8 milyona çatdırıb və 2030-cu ildə 3,5 milyonu keçməyi planlaşdırır.
ABŞ isə metal gövdə çatışmazlığı səbəbindən aylıq 100 min mərmi hədəfindən geri qalaraq 36 min ədəd istehsal edə bilib. Eyni zamanda Cənubi Koreya və Hindistan qlobal sursat bazarında mövqelərini gücləndirir, Çin isə geniş sənaye potensialına rəğmən faktiki göstəriciləri gizli saxlayır.
Vurğulanıb ki, bu proseslər fonunda Azərbaycan da yerli müdafiə sənayesini inkişaf etdirir. “Azroksan” şirkəti ölkədə “AZ-122”, “AZ-230” və “AZG-300” reaktiv raket sursatlarının yığılmasına və istehsalına başlayıb, Türkiyənin “ROKETSAN” şirkəti ilə birgə “TEBER” aviasiya bombası idarəetmə dəstlərinin yerli istehsalı da gündəmdədir.
#Hərbi xronika teqi istifadə olunub
- Türkmənistan ordusunda gözlənilməz dəyişiklik: ölkənin hərbi arsenalında nələr var? - HƏRBİ XRONİKA
- Babişin Azərbaycana təklif etdiyi təyyarələri İrəvan niyə alır? - HƏRBİ XRONİKA
- 235 milyon dollarlıq raket müqaviləsi: Azərbaycan bu silahı niyə alacaq? - HƏRBİ XRONİKA
- Türkiyə zərbə PUA-sı yeni imkan qazanır: adi bombanı idarəolunan silaha çevirən sistem
- ADEX 2026-nın pərdəarxası: yeni müqavilələr, yeni istehsal və artan güc - HƏRBİ XRONİKA
