Pleyeri seçin:

Sosial Tədqiqatlar Mərkəzi əhali arasında növbəti sorğuları keçirdi

21 fevral 2024 584 baxış

Sosial Tədqiqatlar Mərkəzinin Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinə ictimaiyyətin münasibətini öyrənmək məqsədilə keçirdiyi rəy sorğusunda respondentlərin 78.2%-i sülh prosesini dəstəklədiyini ifadə edib.

“Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını dəstəkləyirsinizmi?” sualına sorğu iştirakçılarının 78.2 %-i “bəli, dəstəkləyirəm”, 19.5 %-i “xeyr, dəstəkləmirəm” cavabını verib. 2.3 % isə cavab verməkdə çətinlik çəkib.

Ermənistanın Azərbaycanı beynəlxalq ictimai rəydə təcavüzkar kimi təqdim etmə cəhdlərinə baxmayaraq, keçirilmiş sorğular göstərir ki, Azərbaycan ictimaiyyətinin sülh müqaviləsinə münasibətində dövri olaraq artan müsbət dinamika mövcuddur.

Həmçinin ötən sorğulara əsasən, ölkə ictimaiyyəti sülh razılaşması ilə bağlı müzakirələrin məhz birbaşa, yəni ikitərəfli formatda aparılmasını məqsədəuyğun hesab edir. Respondentlər arasında yaş artdıqca sülh müqaviləsinə müsbət münasibət bəsləyənlərin sırasında artım müşahidə olunur. Ali təhsillilər arasında müsbət mövqeyə malik olanlar orta təhsillilərlə müqayisədə üstünlük təşkil edir.

Qeyd edək ki, sorğular 2024-cü ilin 15-19 fevral tarixlərində 18 yaşından yuxarı 390 respondent arasında kompüter dəstəkli telefonla müsahibə formatında keçirilib. Sorğu iştirakçıları seçmə ehtimallı üsulla ölkə üzrə əhalinin paylanmasına proporsional müəyyən edilib və gender balansı qorunub. 

Banner
Prezidentdən sərəncam | Bir qrup media nümayəndəsi təltif olundu - Baku TV

Prezidentdən sərəncam | Bir qrup media nümayəndəsi təltif olundu - Baku TV

Siyasət
05 noyabr 2026 584 baxış
Xələc kəndində aşkar edilən tikilinin üzərindəki ərəb yazısı nəyi üzə çıxarır?

Xələc kəndində aşkar edilən tikilinin üzərindəki ərəb yazısı nəyi üzə çıxarır?

Siyasət
05 noyabr 2026 584 baxış
Azərbaycanda beynəlxalq tədbir | Prezidentin sammit iştirakçılarına müraciəti səsləndirildi

Azərbaycanda beynəlxalq tədbir | Prezidentin sammit iştirakçılarına müraciəti səsləndirildi

Siyasət
05 noyabr 2026 584 baxış
Referendum ətrafında mübarizə növbədənkənar seçkini qaçılmaz edir? - AKTUAL GÜNDƏM

Referendum ətrafında mübarizə növbədənkənar seçkini qaçılmaz edir? - AKTUAL GÜNDƏM

Siyasət
05 noyabr 2026 584 baxış
Türkiyə Prezidentinin Azərbaycana gəlişi ilə bağlı təfərrüatlar açıqlandı - Baku TV

Türkiyə Prezidentinin Azərbaycana gəlişi ilə bağlı təfərrüatlar açıqlandı - Baku TV

Siyasət
05 noyabr 2026 584 baxış
Ərdoğanın Azərbaycana səfəri ilə bağlı detallar açıqlandı - Baku TV CANLI

Ərdoğanın Azərbaycana səfəri ilə bağlı detallar açıqlandı - Baku TV CANLI

Siyasət
05 noyabr 2026 584 baxış
İran ABŞ-nin yeni hücumuna hazırdır? | Qara dənizdə yeni müharibə? - YENİ BİR SƏHƏR

İran ABŞ-nin yeni hücumuna hazırdır? | Qara dənizdə yeni müharibə? - YENİ BİR SƏHƏR

Siyasət
05 noyabr 2026 584 baxış
Cənubi Koreyadan qayıdan Ərdoğandan Azərbaycana gözlənilməz jest - Baku TV

Cənubi Koreyadan qayıdan Ərdoğandan Azərbaycana gözlənilməz jest - Baku TV

Siyasət
04 noyabr 2026 584 baxış
Prezidentin sosial media hesablarında "AIREX 2026" sərgisi ilə tanışlığa dair videoçarx paylaşılıb

Prezidentin sosial media hesablarında "AIREX 2026" sərgisi ilə tanışlığa dair videoçarx paylaşılıb

Siyasət
04 noyabr 2026 584 baxış
Azərbaycanın növbəti strateji hədəfi nədir?

Azərbaycanın növbəti strateji hədəfi nədir?

Siyasət
04 noyabr 2026 584 baxış
Seçilmişlər
icon