Pleyeri seçin:

Sülh sazişi nə vaxt imzalanacaq? | Azərbaycan və Ermənistanla bağlı önəmli məqalə

27 avqust 2025 527 baxış

“Azərbaycanla Ermənistan arasındakı razılaşma ilə Qafqazda yeni era başlayıb”.

“Foreign Policy”də yayılan məqalənin başlığında belə yazılıb.

Məqalədə qeyd olunub ki, avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanın Vaşinqton görüşü Cənubi Qafqazda qonşular arasında çoxillik müharibənin dönüş nöqtəsi oldu.

İlkin razılaşma Vaşinqtonun postsovet məkanına daxil olmaq üçün ən böyük cəhdlərindən biridir. Tramp administrasiyası 2026-cı ilin sonuna qədər yekun sülh sazişinin imzalanması və ratifikasiyasına ümid edir.

Münaqişədən də bəhs olunan məqalədə bildirilib ki, Ermənistan-Azərbaycan müharibəsi Cənubi Qafqazda Rusiyanın dominantlığını artırırdı. Kreml Ermənistanla Azərbaycanı barışmağa qoymur, prosesi bloklayır, özünü isə təhlükəsizlik qarantı kimi təqdim edirdi. Lakin Azərbaycanın 2020-ci ildə İkinci Qarabağ müharibəsində qələbəsi, 2023-cü ildə ərazi bütövlüyünü tam bərpa etməsi yeni reallıqlar yaratdı. Ağır məğlubiyyətə uğradılan Ermənistanın Baş naziri Nikol Paşinyan sülhə və münaqişəni yekunlaşdırmağa ehtiyac olduğunu anlamağa başladı. Sadəcə tərəflər bir-birinin ərazi bütövlüyünü tanımalı, sərhədlər demarkasiya olunmalı və diplomatik əlaqələr qurulmalıdır.

Azərbaycanın digər əraziləri ilə Naxçıvan arasında quru əlaqəsi yaradacaq dəhliz həlli asan olmayan məsələlərdən idi. Ən azından ona görə ki, tərəflərin heç biri dəhlizin təhlükəsizliyinin Rusiya tərəfindən təmin olunmasını istəmirdi. Ermənistan suverenliyinə təhdid yarada biləcək Rusiyanın iştirakına qarşı idi, Azərbaycan isə Naxçıvanla maneəsiz əlaqə tələb edirdi. İrəvan və Bakı Tramp marşrutuna qarşı çıxmadı.

Yazıda sülh sazişi üçün yarana biləcək əngəllərdən də bəhs olunub. Hər halda, sülh sazişinin imzalanması üçün Ermənistan konstitusiyası dəyişdirilməli, ərazi iddiaları olmamalıdır.

Yazı “Saziş bu və ya digər şəkildə Cənubi Qafqazda yeni eranın başlanğıcını göstərir” cümləsi ilə tamamlanıb.

Banner
Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Siyasət
28 oktyabr 2026 527 baxış
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 527 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 527 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 527 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 527 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 527 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 527 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 527 baxış
Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Siyasət
28 oktyabr 2026 527 baxış
Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Siyasət
28 oktyabr 2026 527 baxış
Seçilmişlər
icon