Sülh sazişi region ölkələrə… | Kobaxidzedən Azərbaycan-Ermənistan münasibətinə reaksiya
Yeniliklərdən dərhal xəbərdar olun
“Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması regionun digər ölkələrinə də fayda gətirəcək”.
Bunu Tbilisidə rəsmi səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyan həmkarı İrakli Kobaxidze ilə görüşdən sonra mətbuata açıqlamasında deyib.
O əlavə edib ki, sülhün benefisiarları təkcə Ermənistan və Azərbaycan deyil, Gürcüstan, Türkiyə və İran da ondan bərabər şəkildə faydalanacaq.
Baş nazirin sözlərinə görə, Cənubi Qafqazda, həqiqətən də, münaqişə səhifəsini bağlamaq və regionda davamlı sülhün bərqərar olması üçün tarixi imkan var.
N.Paşinyan eyni zamanda bildirib ki, sərhədlərin delimitasiyası məsələsində də müəyyən irəliləyiş əldə olunub.
Brifinq zamanı Gürcüstanın Baş naziri İrakli Kobaxidze Gürcüstanın Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesini alqışladığını, regionda sülh və sabitliyin bərqərar olmasında üzərilərinə düşən vəzifəni yerinə yetirməyə hazır olduqlarını vurğulayıb.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
