Sülh təklifi Ermənistana təqdim edilib
Yeniliklərdən dərhal xəbərdar olun
Xarici İşlər Nazirliyi Almaniyada səfərdə olan Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın Azərbaycanın guya danışıqlar prosesinə maneçilik törətdiyini, buna baxmayaraq Ermənistanın sülh prosesinə sadiq olduğunu və bir neçə gün əvvəl rəsmi Bakı tərəfindən təqdim edilən sülh sazişi üzrə təklifləri nəzərdən keçirməsi ilə bağlı bəyanatına münasibət bildirib.
Nazirliyin sözçüsü Ayxan Hacızadə Mirzoyanın istinad etdiyi təkliflərin bir neçə gün deyil, 15 gün bundan əvvəl Azərbaycan tərəfindən təqdim edildiyini deyir:
“Bununla yanaşı, Ermənistan xarici işlər nazirinin bu bəyanatından göründüyü kimi, Ermənistan tərəfi sülh sazişi üzrə danışıqlar prosesi barədə yenidən manipulyasiyaya yol verir və özünü konstruktiv tərəf kimi təqdim etməklə beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyır. Məlum olduğu kimi, məhz Ermənistan tərəfi sülh sazişi üzrə danışıqlar prosesinin razılaşdırılmış gedişatını pozaraq, ötən ilin dekabr ayında danışıqlardan imtina edib. İndi isə sülh sazişi üzrə danışıqlara qayıtmaq əvəzinə prosesə süni maneələr yaradır”.
Onun sözlərinə görə, Azərbaycan Ermənistandan fərqli olaraq sülh sazişinin mətni üzrə danışıqların qısa müddət ərzində keçirilməsinin tərəfdarıdır və buna hər zaman hazırdır.
#Sülh danışıqları teqi istifadə olunub
- Rusiya-Ukrayna müharibəsi nə vaxt dayandırılacaq? - Baku TV CANLI
- Bakı ilə İrəvan arasında ticarət rəqəmləri | Tehrandan Vaşinqtona 7 günlük təklif - YENİ BİR SƏHƏR
- “Azərbaycana qarşı müharibə başlasa...” | Paşinyan niyə məhz indi sülhə tələsir? - Baku TV
- Barışın qarşısında hansı maneələr var?
- Sülh danışıqları ilə paralel neft masasında hansı plan müzakirə olunur? - Baku TV CANLI
