Pleyeri seçin:
Sülh üçün atılan addımlar BMT-nin diqqətində | Quterreşin mətbuat katibindən açıqlama
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
BMT Baş katibi Antoniu Quterreş Azərbaycan və Ermənistan arasında keçirilən müzakirələri alqışlayır.
Bunu “Report”un ABŞ bürosuna açıqlamasında BMT Baş katibinin mətbuat katibi Stefan Düjarrik deyib.
S.Düjarrik əlavə edib ki, Baş katib Ermənistan və Azərbaycanın sülh sazişinin layihəsi üzərində danışıqların başa çatması ilə bağlı açıqlamalarını təqdir edir:
“O, tərəflərin münasibətlərin normallaşdırılması istiqamətində irəliləyiş əldə etmələrindən məmnundur və regionda uzunmüddətli sülhün maraqlarına uyğun olaraq bütün həll olunmamış məsələlərin həlli üçün onların səylərini güclü şəkildə dəstəkləyir”, – deyə mətbuat katibi bildirib.
Kopyalandı
#Birləşmiş Millətlər Təşkilatı (BMT) teqi istifadə olunub
- BMT münaqişə zonalarında uşaqların vəziyyətindən narahatdır
- Süni intellektin dezinformasiya riski müzakirə olundu - Baku TV
- İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib
- Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib
- Ərzaq problemi daha da dərinləşir | BMT həyəcan təbili çalır - Baku TV CANLI
