Sülhməramlılarla bağlı hansı təklifə "yox" deyildi?
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya tərəfi sülhməramlı kontingentin fəaliyyəti üçün zəruri olan malların “Laçın” sərhəd-buraxılış məntəqəsi vasitəsilə daşınması xahişi ilə Azərbaycana müraciət edib.
Minval.az-ın məlumatına görə, Azərbaycan tərəfi cavab olaraq bildirib ki, maddi-texniki təminat yalnız Dağıstandan Bərdəyə, oradan Ağdama, oradan isə Xankəndiyə dəmir yolu vasitəsilə mümkündür. Bu, Azərbaycan tərəfinin cavab təklifidir.
Yəni əgər Rusiya tərəfi Azərbaycanda müvəqqəti yerləşdirilmiş sülhməramlı kontingentini təchiz etmək istəyirsə, bunu Ermənistandan deyil, yalnız Azərbaycan ərazisindən keçməklə etməlidir. Rəsmi Bakı oxşar təkliflə Beynəlxalq Qızıl Xaç Komitəsinə də müraciət edib.
“Əgər siz Xankəndiyə humanitar yüklər çatdırmaq istəyirsinizsə (söhbət xəstəxanaya yerləşdirilməsi zəruri olan xəstələrdən yox, lojistik yüklərdən gedi), buyurun, biz onların Azərbaycan ərazisindən keçirilməsinə hazırıq, lakin bu, “Laçın” sərhəd-buraxılış məntəqəsi vasitəsilə mümkün deyil”, – deyə müraciətdə qeyd edilib.
#Laçın sərhəd-buraxılış məntəqəsi teqi istifadə olunub
- Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından 2 il keçir
- DSX “Laçın” məntəqəsinin qurulması ilə bağlı tədbir keçirdi
- "Laçın" sərhəd-buraxılış məntəqəsinin birinci ildönümüdür
- Separatçıların daha bir üzvü Mnatsakanyan saxlanıldı
- Qarabağla bağlı sual qarşısında dili tutulan erməni: Özümü piss hiss edirəm
