Pleyeri seçin:

Tanınmış hüquqşünas Okamponu susdurdu

15 avqust 2023 506 baxış

Beynəlxalq Ədalət Məhkəməsinin keçmiş prokuroru Luis Moreno Okamponun avqustun 7-də yayılan ekspert rəyində irəli sürülən iddialar əsassız və tamamilə etibarsızdır.

Bunu beynəlxalq hüquq sahəsində aparıcı hüquqşünas və ekspert, “Temple Garden Chambers” hüquq firmasının müşaviri Rodni Dikson bildirib. O qeyd edib ki, Azərbaycan müstəqil ekspert kimi Moreno Okamponun gəldiyi nəticəyə hüquqi qiymət verilməsi xahişi ilə Rodni Diksona müraciət edib.

Vurğulanır ki, Okamponun hesabatı, xüsusilə hazırkı mürəkkəb və həssas şəraitdə qərəzsiz və ciddi ekspert təhlili üçün tələb olunan dəqiq göstəricilərə cavab vermir. Hazırda Qarabağda soyqırımı törədildiyini iddia etmək üçün heç bir əsas yoxdur. Bu, əsassız və çox təhlükəli bir iddiadır və heç bir iştirakçı tərəf və ümumilikdə beynəlxalq ictimaiyyət tərəfindən ciddi qəbul edilməməlidir.

R.Diksonun rəyində bildirilir ki, Okamponun rəyi Qarabağdakı qondarma rejimin rəhbərinin müraciəti əsasında hazırlanıb.

“O, Qarabağdakı etnik erməni separatçı qurumun qondarma rəhbəridir. Həmin qurumun 1990-cı illərdə Ermənistanın dəstəyi ilə hərbi güclə qanunsuz yaradılması yüz minlərlə azərbaycanlının qovulması nəticəsində baş verib. Onilliklər ərzində qurum beynəlxalq ictimaiyyət tərəfindən təcrid olunsa da, Ermənistan hökumətinin dəstəyi sayəsində mövcudluğunu qoruyub. Lakin 2020-ci ildə Azərbaycan 44 günlük müharibədən sonra sözügedən ərazinin bir hissəsini geri qaytarıb. O zamandan etibarən Ermənistan hökuməti beynəlxalq hüquqa uyğun olaraq, Qarabağın həqiqətən də Azərbaycan olduğunu açıq şəkildə tanıyıb”, – deyə Rodni Dikson öz rəyində vurğulayıb.

Hesabatda əks olunur ki, beynəlxalq hüquq məsələsi kimi yüksək hədd olan soyqırımının müəyyənedici elementini – qrupu tamamilə və ya qismən fiziki cəhətdən məhv etmək niyyətini əsaslandırmaq üçün heç bir sübut yoxdur. Rəydəki istinadlar bu əsas tələbə cavab vermir. Heç bir sübut olmadan ekspert tərəfindən soyqırımı ittihamlarının irəli sürülməsi tamamilə yanlışdır.

Ekspert əlavə edib ki, rəyin nəticələrini açıq şəkildə sual altına alan müvafiq faktiki hallar rahat şəkildə ört-basdır edilir və qeyd olunmur. Beləliklə, rəy balanslaşdırılmış və hərtərəfli ekspert hesabatı olmaqdan çox uzaqdır.

“Okamponun rəyi öz təhlilində natamam və qeyri-dəqiqdir. Buna görə də onun yaxından və diqqətlə yoxlanılması vacibdir. Onun sərtliyinin Azərbaycan və Ermənistanın sülh axtarışında olan hökumətləri arasında əsassız ziddiyyət yaratmasına imkan vermək olmaz. Əvəzində onun nəşri bütün tərəflərə və beynəlxalq ictimaiyyətə beynəlxalq hüquqa uyğun olaraq davamlı sülhü təşviq etmək üçün səylərini ikiqat artırmağa təkan verməlidir.

Bütün bu səbəblərdən, regiondakı tərəflər və beynəlxalq ictimaiyyət Moreno Okampo rəyinin iddia edilən nəticələri və tövsiyələrinə qarşı ehtiyatlı olmalıdır”, – deyə aparıcı ekspert öz hesabatında qeyd edib.

Prezident İlham Əliyev Donald Trampa məktub ünvanladı - Baku TV CANLI

Prezident İlham Əliyev Donald Trampa məktub ünvanladı - Baku TV CANLI

Siyasət
08 avqust 2026 506 baxış
Vaşinqton Bəyannaməsindən bir il ötür: Cənubi Qafqazda nələr dəyişdi? - Baku TV

Vaşinqton Bəyannaməsindən bir il ötür: Cənubi Qafqazda nələr dəyişdi? - Baku TV

Siyasət
08 avqust 2026 506 baxış
Vaşinqtonda imzalanan sənəd Cənubi Qafqazda yeni reallığın əsasını qoydu - Baku TV CANLI

Vaşinqtonda imzalanan sənəd Cənubi Qafqazda yeni reallığın əsasını qoydu - Baku TV CANLI

Siyasət
08 avqust 2026 506 baxış
Millət vəkili tarixi Vaşinqton Bəyannaməsi ilə bağlı vacib məqamdan söz açdı - Baku TV

Millət vəkili tarixi Vaşinqton Bəyannaməsi ilə bağlı vacib məqamdan söz açdı - Baku TV

Siyasət
08 avqust 2026 506 baxış
İlham Əliyevlə Donald Tramp arasında telefon danışığı olub - Baku TV

İlham Əliyevlə Donald Tramp arasında telefon danışığı olub - Baku TV

Siyasət
08 avqust 2026 506 baxış
Vaşinqton sammitinin birinci ildönümündə Paşinyan Prezidentə zəng etdi - Baku TV

Vaşinqton sammitinin birinci ildönümündə Paşinyan Prezidentə zəng etdi - Baku TV

Siyasət
08 avqust 2026 506 baxış
Azərbaycan və ABŞ liderləri arasında vacib müzakirə | Telefon danışığının detalları - Baku TV CANLI

Azərbaycan və ABŞ liderləri arasında vacib müzakirə | Telefon danışığının detalları - Baku TV CANLI

Siyasət
08 avqust 2026 506 baxış
Ermənistan Baş naziri ABŞ Prezidenti ilə bu mövzuları müzakirə etdi - Baku TV

Ermənistan Baş naziri ABŞ Prezidenti ilə bu mövzuları müzakirə etdi - Baku TV

Siyasət
08 avqust 2026 506 baxış
Fransa və Böyük Britaniya Azərbaycan-Ermənistan sülh prosesinə dəstəyini təsdiqlədi - Baku TV CANLI

Fransa və Böyük Britaniya Azərbaycan-Ermənistan sülh prosesinə dəstəyini təsdiqlədi - Baku TV CANLI

Siyasət
08 avqust 2026 506 baxış
Azərbaycan və Gürcüstan arasında yükdaşımalardakı çətinliklərin səbəbi açıqlandı - Baku TV

Azərbaycan və Gürcüstan arasında yükdaşımalardakı çətinliklərin səbəbi açıqlandı - Baku TV

Siyasət
08 avqust 2026 506 baxış
Seçilmişlər
icon