Tarixi görüşlərə saatlar qalır | Həyəcan pik həddə
Yeniliklərdən dərhal xəbərdar olun
Vaşinqtonda baş tutacaq tarixi görüşə saatlar qalır.
Baku TV-nin ABŞ-dəki xüsusi müxbiri Nigar Şıxsəfiyevə sözügedən görüşlə bağlı məlumatları izləyicilərlə bölüşüb.
“Bu gün Ağ Ev çox mühüm tarixi hadisəyə şahidlik edəcək. Bu hadisənin Cənubi Qafqaza uzun illərdir insanların həsrət qaldıqları sülhü gətirəcəyi gözlənilir.
Belə ki, avqustun 8-də Ağ Evdə ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla ikitərəfli görüşlər keçirəcək. Daha sonra hər 3 ölkənin liderinin birgə tarixi sülh sənədini imzalayacağı gözlənilir.
Qeyd edək ki, artıq ABŞ Prezidenti Donald Tramp bununla bağlı sosial şəbəkədə paylaşım da edib.
O, Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistanın Baş naziri Nikol Paşinyanı Ağ Evdə tarixi sülh sammiti üçün qəbul etməyi səbirsizliklə gözlədiyini deyib”, ‒ deyə o qeyd edib.
#İlham Əliyev teqi istifadə olunub
- Prezident İlham Əliyev İƏT ölkələrinin nümayəndələrinə müraciət ünvanlayıb - Baku TV
- Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM
- Mehriban Əliyevanın sosial media hesablarında retrospektiv sərgi ilə bağlı paylaşım edilib - Baku TV
- İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - Baku TV
- Azərbaycan beynəlxalq bazarlara etibarlı enerji təchizatçısı kimi çıxış edir - Baku TV
